[:az]Martın 3-8-də Türkiyənin Erciyez Universitetinin maliyyə dəstəyi və Xəzər Universitetinin təşkilatçılığı ilə Kayseri və Ankara şəhərlərində Muğam konsertləri keçirildi. Tədbirə Erciyez Universitetinin Sabancı Kültür Mərkəzində start verildi. Xəzər Universitetinin İctimai əlaqələr və media üzrə direktoru Əlövsət Əmirbəyli musiqiçiləri salondakılara təqdim etdi. Azərbaycanın muğam ustadı Arif Babayev, tarzən Ramin Rzayev və kamançaçı Mirnazim Əsədullayevin ifa etdikləri muğamlar salondakıları riqqətə gətirdi. Konsertin sonunda Erciyez Universitetinin rektoru professor Fehrettin Keleştimur universitetin kollektivi adından musiqiçilərə plaketlər və gül-çiçək dəstələri təqdim etdi. Sonda müsiqiçilərlə xatirə şəkilləri çəkildi. Universitetin qonaq evində rektor tərəfindən qonaqların şərəfinə ziyafət verildi. Ziyafətdə universitet rəhbərliyi və orada çalışan azərbaycanlılar iştirak etdilər.
Martın 7-də Ankaradakı Turqut Özal Universitetinin Konsert salonunda Arif Babayevin rəhbərlik etdiyi trionun konserti keçirildi. Salona toplaşan professor-müəllim heyəti, tələbələr, Ankarada yaşayan azərbaycanlılar və iş adamları Arif Babayevin çıxışlarını sürəkli alqışlarla qarşıladılar. Universitetin rektoru professor Erol Oral Arif Babayevə universitetin xüsusi plaketini təqdim edərək, bütün Azərbaycan xalqına, Erciyez və Xəzər universitetlərinin rəhbərliyinə təşəkkürünü bildirdi. Arif Babayev və Əlövsət Əmirbəyli xoş qəbul üçün universitetin rəhbərliyinə təşəkkür etdilər. Tədbirin sonunda xatirə şəkilləri çəkildi. Rektor Erol Oral Azərbaycandan gələn qonaqların şərəfinə ziyafət verdi.
[:en]On 3-8 March, mugham concerts were held in the cities of Kayseri and Ankara that were financially supported by Erciyez University of Turkey and organized by Khazar University. The event began at the Sabancı Cultural Center of Erciyez University. The director of Public Relations and Media of Khazar University, Alovsat Amirbeyli, introduced the musicians to the audience. The audience was touched by mugham performed by Azerbaijani mugham master Arif Babayev, tar player Ramin Rzayev and kamancha player Mirnazim Asadullayev. At the end of the concert, on behalf of the university staff, the president of Erciyez University, Professor Fehrettin Kelestimur, presented plaques and flower bouquets to the musicians. In the end, photos were taken with the musicians. The president gave a reception in honor of the guests at the university guest house. The university administration and Azerbaijanis working there participated at the reception.

On March 7, a concert by the same trio led by Arif Babayev was held at the Concert Hall of Turqut Özal University in Ankara. The audience consisting of teaching staff, students, businessmen and Azerbaijanis living in Ankara met Arif Babayev’s performance with loud and prolonged applause. The president of the university, Professor Erol Oral, presented a special plaque to Arif Babayev and expressed his gratitude to all Azerbaijan people, to the administration of Erciyez University, and to Khazar University. Arif Babayev and Alovsat Amirbeyli thanked the leadership of the university for their kindness. At the end of the event, photos were taken. The president, Oral Erol, gave a reception in honor of the guests.
[:]