[:az]Fevralın 21-də Xəzər Universitetində Bakının Nizami rayonunda yerləşən məktəblərin X-XI sinif şagirdləri ilə görüş keçirildi. Öncə məktəblilər universitetdə fəaliyyət göstərən laboratoriyalarla, kitabxana ilə tanış oldular. Mərmər salonda görüşü İctimai əlaqələr və media üzrə direktor Əlövsət Əmirbəyli açaraq qonaqları salamladı və çıxış üçün sözü universitetin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlıya verdi. H.İsaxanlı müasir dövrdə universitetlərin rolu haqqında geniş məruzə etdi.
Universitetin Qəbul və tələbə şöbəsinin müdiri İsaxan İsaxanlı, Elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi departamentinin müdiri Nuru Səfərov, Neft mühəndisliyi departamentinin müdiri Qəşəm Zeynalov, İnternet institutunun direktoru Rəşad Əliyev, Hazırlıq mərkəzinin direktoru Emin Rüstəmov başçılıq etdikləri qurumlar haqqında geniş məlumat verdilər. Sonda Ə. Əmirbəyli görüşdə iştirak edən məktəblilərə və onların müəllimlərinə dərin təşəkkürünü bildirdi.
[:en]On February 21, a meeting was held at Khazar University with X-XI grade students of the Nizami district of Baku. At first, the students toured laboratories and the library in the university. The meeting was opened by the Director of Public Relations and Media, Alovsat Amirbeyli, and then the floor was passed to the founder of Khazar University and chairman of its Board of Directors and Trustees, Professor Hamlet Isaxanli, who reported on the role of universities in modern times.
The head of the Department of Admission and Students of the university, Isakhan Isakhanli, the head of the Department of Electronics, Telecommunications and Radio Engineering, Nuru Safarov, the head of the Department of Petroleum Engineering, Gasham Zeynalov, the director of the Internet Institute, Rashad Aliyev, and the director of the Training Center, Emin Rustamov, talked about their respective activities. At the end, A. Amirbeyli expressed his deep gratitude to the students and their teachers who participated in the meeting.
[:]