[:az]Fevralın 9-da Çin Xalq Respublikasının Azərbaycandakı Konfutsi İnstitutunun təşəbbüsü ilə Xəzər Universitetinin “Dünya” konsert salonunda Çin Yeni İlinə həsr olunmuş tədbir keçirildi.
Tədbiri Bakı Dövlət Universitetinin prorektoru, professor Adil Kazımzadə açaraq, universitetin nəzdindəki Konfutsi İnstitutunun fəaliyyətindən danışdı. Çin Xalq Respublikasının Azərbaycandakı səfiri Xun Tsyuin çıxışında 2012-ci ildə ölkəsinin əldə etdiyi uğurlardan söhbət açdı. Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru Lalə Əhmədova da bayram təbriklərini çatdıraraq, Azərbaycan-Çin əlaqələrinin möhkəmlənməsində təhsilin rolundan danışdılar.
Rəsmi hissə başa çatdıqdan sonra musiqili əyləncəli proqram başlandı. BDU-nun nəzdindəki Konfutsi İnstitutunun tələbələri Çin mahnıları ifa edərək, şeirlər söylədilər, bu ölkənin milli geyimlərini nümayiş etdirdilər. Konsertdə Xəzər Universiteti və Qərb Universitetinin tələbələri də öz məharətlərini göstərdilər.
Konsertin videoçarxına bu linkdə baxa bilərsiniz: http://kanal13.tv/?direct=news&id=2145
[:en]On February 9th, a concert in honor of Chinese New Year was held in Khazar University’s “World” Concert Hall at the initiative of the Confucius Institute of the People’s Republic of China in Azerbaijan. The concert was opened by the Vice President of Baku State University, Professor Adil Kazimzadeh, who spoke about the activities of the Confucius Institute. Then the Ambassador of the People’s Republic of China to Azerbaijan, Hong Jiuyin, made a speech about successes achieved in the country during 2012. The founder of Khazar University and chairman of its Board of Directors and Trustees, Professor Hamlet Isaxanli, and Professor Lala Ahmadova of the State Administration Academy of the President of the Azerbaijan Republic made speeches about the role of education in strengthening Azerbaijan/China relations.
After the formal part of the ceremony, the concert began. Students of the BSU Confucius Institute made performances including songs and poetry. They wore Chinese national clothing. Then students of Khazar University and Western University also demonstrated their talents.
A video clip of the concert may be viewed at this link: http://kanal13.tv/?direct=news&id=2145
[:]