[:az]Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı və universitetin İctimai əlaqələr və media üzrə direktoru Əlövsət Əmirbəyli yanvarın 26-dan fevralın 2-dək Türkiyə Cümhuriyyətində işgüzar səfərdə oldular.
Səfər Balıkəsir vilayətindən başladı. Balıkesir İl Jandarma Komutanı Salih Göldal Azərbaycandan gələn qonaqları çox səmimi qarşılayaraq, onlara komutanlığın fəaliyyəti haqqında məlumat verdi. Sonra qonaqlar onun müşayiəti ilə Balıkəsirin məşhur Ayvalık bölgəsinin möhtəşəm gözəlliklərini, təbii mədən sularını seyr etdilər.
Yanvarın 27-də H.İsaxanlı, S.Göldal və Ə. Əmirbəyli Balıkəsir Universitetinə gəldilər. Qonaqları universitetin rektoru professor Mahir Alkan səmimi salamlayaraq, universitet haqqında geniş məlumat verdi. M.Alkan Xəzər Universiteti haqqında xoş sözlər söylədi və qarşılıqlı anlaşma protokolunun imzalanmasının məqsədəuyğunluğunu vurğuladı. Tərəflər anlaşma protokolunu imzaladılar, bir-birlərinə hədiyyələr təqdim etdilər.Rektor M.Alkan qonaqları universitet ilə yaxından tanış etdi.
Elə həmin gün Balıkəsir Valisi Ahmet Turhan H. İsaxanlı, S. Göldal və Ə. Əmirbəylini valiliyin iqamətgahında qəbul etdi. A. Turhan Xəzər Universiteti və Azərbaycan haqqında çoxlu suallar verdi. Qardaş Azərbaycandan olan qonaqlarla görüşündən məmnun qaldığını, amma bu günə kimi Azərbaycanda olmamasından təəssüfləndiyini bildirdi. H.İsaxanlı Balıkəsir Valisini rəsmi olaraq Azərbaycana dəvət etdi. H. İsaxanlı Azərbaycan tarixinə aid motivləri əks etdirən xalçanı A. Turhana hədiyyə verdi. A.Turhan H.İsaxanlının rəsmi dəvətini qəbul edərək, aprel ayında Azərbaycana gələcəyini vəd etdi. Bir gün sonra Türkiyənin nüfuzlu “Posta,”” Yenisöz,” “Yeni Haber,” “Demokrat,” “Gazetem,” “Politika” və digər qəzetləri “Azerbaycanlı rektör İsahanlı Vali Turhana konuk oldu,” “Azerbaycanlı Üniversite rektöründen Valiye ziyaret,” “Vali Turhanı kardeş ülkeye davet etti” və digər başlıqlar altında geniş rəsmi məlumatlar çap etdilər.
Balıkəsir səfərini başa vurduqdan sonra H.İsaxanlı və Ə. Əmirbəyli yanvarın 29-da Çanaqqalaya gəlib, 18 Mart Çanaqqala Üniversitetinin rektoru professor Sedat Laçıner ilə görüşdülər. S. Laçıner qonaqlara universitet və Çanaqqala haqqında geniş məlumat verdi. Xəzər Universiteti haqqında məlumatlı olduğunu, onun Azərbaycanın təhsil sistemində özünəməxsus yer tutduğunu vurğuladı. H.İsaxanlı Xəzər Universitetinin yarandığı gündən fəaliyyəti və əldə etdiyi uğurlardan danışdı. H. İsaxanlı təhsil sahəsində və digər sahələrdə çap etdirdiyi kitablarını S. Laçınerə təqdim etdi. Hər iki universitet adından rəsmi protokol imzalandı. Hədiyyələr təqdim edildi. Yerli televiziya H.İsaxanlının S.Laçınerle görüşünə geniş yer verdi.
Həmin gün H.İsaxanlı və Ə.Əmirbəyli Çanaqqalada yerləşən möhtəşəm “Çanakkale Destanı” xatirə kompleksində Birinci Dünya müharibəsində bu torpaqlarda şəhid olmuş türk və azərbaycanlı əsgərlərin məzarlarını ziyarət etdilər
Həmin gün axşam Xəzər Universitetinin nümayəndə heyəti Bursaya gələrək, Uludağ Universitetinin rektoru professor Kamil Dilek, prorektorlar Müfit Parlak və Saim Kılavuz ilə görüşdü. H.İsaxanlı Xəzər Universiteti haqqında Uludağ Universitetinin rəhbərliyinə geniş məlumat verərək, qarşılıqlı münasibətlərin qurulmasının arzu olunduğunu bildirdi və rektor başda olmaqla universitetin rəhbərliyini Bakıya dəvət etdi. K. Dilek Xəzər Universiteti rəhbərliyinin Bursaya səfərindən çox məmnun olduğunu, Azərbaycanda olmadığını, amma Azərbaycanı vətəni qədər sevdiyini Zeynəb Xanlarovanın məşhur mahnılarından birini oxumaqla nümayiş etdirdi. Geniş söhbətdən sonra qarşılıqlı olaraq hədiyyələr təqdim olundu. Sonra iki universitet arasında rəsmi protokol imzalandı.
Həmin gün qonaqlar Uludağ Universitetinin laboratoriyaları, texnoparkları, sinif otaqları, konsert və iclas salonları ilə yaxından tanış oldular. Ertəsi gün onlar Bursanın tarixi yerlərini, muzeylərini və digər görməli yerlərini gəzdilər. Səfərin sonuncu günü qarlı Uludağın zirvəsindən açılan möhtəşəm mənzərəni seyr etdilər
Xəzər Universiteti nümayəndə heyətinin Balıkəsir, Çanaqqala və Bursa səfəri, qeyd olunduğu kimi, Türkiyə mediası tərəfindən geniş işıqlandırıldı.
Əlövsət Əmirbəyli,
İctimai əlaqələr və media üzrə direktor
[:en]From January 26 to February 2, the founder of Khazar University and chairman of its Board of Directors and Trustees, Professor Hamlet Isaxanli, and director of Khazar University Public relations and media, Alovsat Amirbayli, went on a business trip to the Republic of Turkey. The visit began in Balikesir province.
Balıkesir Provincial Gendarmerie Commander, Salih Goldal, welcomed the guests and gave them information about the activities of his command. Then he gave the guests a tour of the great beauties of the famous Ayvalik and natural mineral waters.
On January 27, H. Isaxanli, S. Goldal and A. Amirbeyli visited the University of Balikesir. President of the university, Professor Maher Alkan, welcomed the guests and gave detailed information about the university. M. Alkan said kind words about Khazar University and emphasized the appropriateness of signing a memorandum of understanding. The parties signed the MOU and presented gifts to each other. Then the guests toured the university.
On the same day, the governor of Balikesir, Ahmet Turhan, received H. Isaxanli, S. Goldal, and A. Amirbeyli at the governorship residence. Turhan asked many questions about the Khazar University and Azerbaijan. He noted his satisfaction with meeting with the guests and regretted that he had not yet been able to visit Azerbaijan. H. Isaxanli invited the governor to Azerbaijan. H. Isaxanli also gave A. Turhan a carpet reflecting historical motifs. A. Turhan officially accepted the invitation of H. Isaxanli, promising to come to Azerbaijan in April.
One day later, articles with headlines like “Azerbaijani rector H. Isaxanli visits Vali Turhan,” “Azerbaijanian University President’s visit to Governor,” and “He invited Vali Turhan to brother country” were published in Turkey’s prestigious newspapers “Posta,” Yenisöz,” “Yeni Haber,” “Demokrat,” “Gazetem,” and “Politika.”
After the visit to Balikesir, on January 29, H. Isaxanli and A. Amirbeyli went to Çanakkale, where they met with president of Çanakkale 18 March University, professor Sedat Laçıner. S. Laçıner gave information to the guests about the university and Çanakkale. He noted that he is aware of Khazar University and its special place in the Azerbaijani education system. H. Isaxanli spoke about the university’s activities and achievements since its establishment. H. Isaxanli presented his books published in the field of education and other areas to S. Laçıner. An MOU was signed on behalf of both universities. Gifts were presented. Local television stations reported on the meeting of H. Isaxanli and S. Laçıner.
On the same day, H. Isaxanli and A. Amirbeyli visited the graves of Turkish and Azerbaijani soldiers who were killed in World War I in these lands, located in the immense “Çanakkale Destanı” memorial complex.
On the same day in the evening, the delegation of the university arrived in Bursa and met with President of Uludag University, Professor Kamil Dilek, and Vice Presidents Müfit Parlak and Saim Kılavuz. H. Isaxanli gave detailed information about Khazar University to the administration of Uludag University and said that he desired mutual cooperation. He invited president as well as the administration of the university to Baku. K. Dilek was very pleased with the university administration’s visit to Bursa, and noted that, although he wasn’t in Azerbaijan, he loved it as much as his homeland. He demonstrated this by reading one of the famous songs of Zeinab Khanlarova. After extensive discussion, gifts were exchanged. Then an MOU was signed between the two universities. On the same day, the guests got acquainted with laboratories, technoparks, a concert hall and the meeting rooms of the University of Uludag. The next day, they walked to historical places, museums and other sights of Bursa. On the last day of the trip, they viewed a spectacular scene from the snow-capped peak of Uludag.
As was previously noted, the Khazar University delegation to Balikesir, Çanakkale and Bursa was covered broadly by the Turkish media.
Alovsat Amirbeyli,
Director of Public Relations and Media
[:]