[:az]Yanvarın 25-də Xəzər Universitetində İctimai TV-nın “Açıq dərs” verilişi üçün çəkiliş aparıldı. Universitetin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı 9-cu əsrdə Bağdad şəhərində yaşayan dahi alimlər haqqında mühazirə oxudu. Universitetinin əməkdaş və tələbələri mühazirədə dinləyici qismində iştirak etdilər. Veriliş tezliklə İctimai TV-də efirə veriləcək. [:en]On January 25th, a taping for the “Open Class” show on Public TV took place at Khazar University. The university’s founder and chairman of the Board of Directors and Trustees, Professor Hamlet Isaxanli, made a detailed presentation about genius scholars living in Baghdad in the 9th century. An audience of Khazar employees and students also participated in the taping. This show will be broadcast in the near future on Public TV. [:]