Belə bir fikir doğulub ki, əgər Azərbaycan elminin gerçəkdən inkişafını istəyiriksə, bizim ölkədə yeni bir Elmlər Akademiyası yaradılmalıdır. Akademiya yığcam olmalı, balacalaşmalı, onun struktur tərkibi kimi görünən ayrı-ayrı elmi-tədqiqat institutları isə universitetlərin tabeliyində fəaliyyət göstərməlidir.
Azərbaycan kimi kiçik bir ölkə üçün belə bir elmi ideyanın beşiyi başında 5 tanınmış alim dayanır. Bunlar Halil İnalcıq (görkəmli tarixçi alim, Türkiyə vətəndaşı), Lütfi Zadə (“qeyri-səlis məntiq” nəzəriyyəsinin yaradıcısı, ABŞ vətəndaşı), Mahmud Qazi Yaşargil (tibb alimi, neyrocərrahiyyənin banisi, ABŞ vətəndaşı), sənətşünas alim Arif Məlikov və riyaziyyatçı alim, Xəzər Universitetinin təsisçisi Hamlet İsaxanlıdır.
Bu alimlərin arasındakı razılaşmaya görə, Azərbaycan Akademiyasının beş bölmə üzrə fəaliyyət göstərməsi planlaşdırılır: Riyaziyyat və təbiət elmləri; Canlı həyat haqqında elmlər (tibb, biologiya,…); Mühəndislik və texnologiya; Humanitar və sosial elmlər; Ədəbiyyat, incəsənət, musiqi. Əlavə məlumatı bu linkdə http://www.ayna.az/2012/elmler-akademiyasi-nece-olmalidir/ əldə edə bilərsiniz.
A new idea has been put forth that if we really want to develop the sciences in Azerbaijan, a new Academy of Sciences must be established in our country. The Academy should be streamlined and compact, and it should include individual academic/research institutes functioning within universities.
There are 5 well-known scholars who support implementing this academic idea, ambitious for a small country like Azerbaijan. These are Halil Inalcik (well-known historian, citizen of Turkey), Lutfi Zadeh (creator of “fuzzy logic,” US citizen), Mahmud Gazi Yasargil (father of microneurosurgery, medical scholar, US citizen), Arif Malikov (fine arts scholar), and Hamlet Isaxanli (mathematician and founder of Khazar University).
According to an agreemet among these scholars, Azerbaijan Academy is being planned to include five fields: mathematics and natural sciences; organic sciences (medicine, biology, etc); engineering and technology; humanities and social sciences; and literature, arts, and music. For more information, see an article about this project: http://www.ayna.az/2012/elmler-akademiyasi-nece-olmalidir/