[:az]Noyabrın 15-də Boyuk Britaniyanın Xarici İşlər Nazirliyinin Elm və İnnovasiya Şəbəkəsinin nümayədələri Xəzər Universitetində oldular. Boyuk Britaniyanin Xarici İşlər Nazirliyinin Elm və İnnovasiya Şəbəkəsi dünyada Britaniya səfirlikləri və konsulluqlarında fəaliyyət göstərən elm məmurlarının şəbəkəsidir.
Britaniyanın Azərbaycandakı Səfirliyinin İqtisadiyyat və enerji üzrə məmuru Elşən Qurbanov, Almaniyadaki Elm və İnnovasiya Şəbəkəsinin rəhbəri Kenan Poleo, Rusiyadakı Elm və İnnovasiya Şəbəkəsinin rəhbəri Dr. Culia Nayts və baş məsləhətçisi Marina Sokolova, Türkiyədəki Elm və İnnovasiya Şəbəkəsinin işçisi Basak Candemir Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı və universitetin digər rəhbər işçiləri ilə görüşdülər. Görüşdə H. İsaxanlı universitet və onun imkanları, beynəlxalq əməkdaşlıq, universitet-sənaye münasibətləri, tədqiqat fəaliyyəti və planları haqqında qonaqlara məlumat verdi və gələcək əməkdaşlıq perspektivləri müzakirə olundu.
[:en]On November 15th, representatives of the UK Science and Innovation Network visited Khazar University. The UK Science and Innovation Network is a network of science officers based in British Embassies and Consulates throughout the world.
The guests included Elshan M. Kurbanov, Economics and Energy Officer of the British Embassy in Azerbaijan; Kenan Poleo, the director of the UK Science and Innovation Network in Germany; Dr. Julia Knights, director of the Network in Russia; Basak Candemir, colleague of the Network in Turkey; and Dr. Marina Sokolova, Senior Advisor on innovation issues to the Network in Russia. They met with the founder and Chairman of the Board of Directors and Trustees of Khazar University, Professor Hamlet Isaxanli, and other members of the university administration. During the meeting, Professor Isaxanli informed the guests about the university and its capacity, international cooperation, university-industry relationships, research activities and plans. They guests also discussed prospects for future cooperation with the university.
[:]