[:az]Sentyabrın 5-də Xəzər Universitetində “Ümumi təhsil səviyyəsində yeni fənn kurikulumlarının tətbiqi” ilə əlaqədar universitetin müxtəlif bölgələrdə keçirdiyi təlimlərin yekununa həsr olunmuş hesabat xarakterli görüş keçirildi. Görüş öncəsi tədbir iştirakçıları keçirilən təlimlərdə yaradılmış əl işləri sərgisi ilə tanış oldular. Sonra isə universitetin akt zalında universitetin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlının da iştirakı ilə yığıncaq oldu. Universitetin İnkişaf mərkəzinin direktoru Raziyə İsayeva təlimlərin yekununa dair çıxış etdi. Sonra isə təlimçilər öz təəssüratlarını tədbir iştirakçıları ilə bölüşdülər. Sonda isə H. İsaxanlı çıxış edərək, layihə komandasını layihəni uğurla başa çatdırmaları münasibətilə təbrik etdi. [:en]On September 5th, a meeting associate with “Implementation of New Subject Curriculum in General Secondary Education” was held to share the results of training events conducted in various regions by Khazar University. Before the meeting, the participants were acquainted with an exhibition of posters which were created at these trainings. Then, with the participation of the founder of Khazar University and chairman of its Board of Directors and Trustees, Professor Hamlet Isaxanli, a meeting was held in the university conference room. The director of the University Development Center, Raziya Isayeva, spoke about the results of the training. Trainers also shared their impressions with the meeting participants. Finally, H. Isaxanli made a presentation and congratulated the project team for the successful completion of the project.[:]