[:az]Bütün Azərbaycanda olduğu kimi, “Dünya” məktəbində də məzunlar üçün son zəng səsləndirildi. Səhər saatlarında başlayan mərasimdə şagirdlərin valideynləri, dostları da iştirak etdilər. Məzunlara dərs deyən fənn müəllimləri ürək sözlərini söylədilər.
Məktəbdə başlanan son zəng sevinci axşam saat 18-də Xəzər Universitetinin “Dünya” konsert salonunda (Bəşir Səfəroğlu küçəsi, 122) davam etdirildi. Dostlarını tək qoymayan “Dünya” məktəbliləri bir-birindən maraqlı rəqs, mahnı, tamaşalarla zalı coşdurdular. Məzunlar da hazırladıqları rəqs və mahnılarla dostlarına qoşuldular.
Tədbirin sonunda xüsusi məzun geyimləri geyinmiş şagirdlərimizə onlar üçün hazırlanmış xatirə hədiyyələri və “Dünya” məktəbinin istedadlı şagirdlərinin səslərindən ibarət hazırlanmış disklər təqdim edildi. Valideynlər məktəbin bütün müəllim kollektivinə dərin təşəkkürlərini bildirdilər.
Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı məzunları təbrik edərək, onlara uğurlar arzuladı. Beləcə, 2012-ci il məzunları ən xoş xatirələrlə məktəbə “əlvida” deyərək, müstəqil həyata atıldılar.
Tədbirdə Xəzər Universitetinin rektoru professor Con Rayder, prorektor Fərda Əsədov, Direktorlar və Qəyyumlar Şurasının Humanitar və təşkilati işlər üzrə müşaviri Nailəxanım İsayeva, İctimai Əlaqələr və media üzrə direktor Əlövsət Əmirbəyli və universitetin digər əməkdaşları iştirak etdilər.
[:en]On May 31st in “Dunya” School, as in all of Azerbaijan, the last bell was rung for the graduates.
Students’ parents and friends also participated in the ceremony, which was begun in the morning. Teachers wished the graduates all the best.
The joy of the last bell started at school and continued in the evening at 18:00 at the University’s “World” concert hall (122 Bashir Safaroglu Street). Younger “Dunya” students entertained the audience with interesting dances, songs and performances. Graduates also joined their friends in the dances and songs.
At the end of the event, the robed graduates were presented with memorial gifts and recordings of the voices of talented students. Parents expressed deep gratitude to the teachers and staff of the school. The founder of Khazar University and chairman of the Board of Directors and Trustees, Professor Hamlet Isaxanli, congratulated the graduates and wished them success. Thus, the 2012 graduates said goodbye to the school with pleasant memories and set out towards independent life. The president of Khazar University, Professor John Ryder, Advisor on Humanitarian and Organizational Affairs to the Board of Directors and Trustees Nailakhanim Isayeva, Director of Public Relations and Media Alovsat Amirbeyli, and other employees of the university also participated.
[:]