[:az]Mayın 30-da İstanbulda başlayan və iyunun 14-dək müxtəlif şəhərlərdə davam edəcək sayca 10-cu Beynəlxalq Türk Dili Olimpiadasında (“Türkcə olimpiad”) Azərbaycan uğurla təmsil olunur.
Olimpiadaya dünyanın 135 ölkəsindən 1500 məktəbli qatılmışdır. Əsas məqsədi türk dilini tanıtmaq və sevdirmək, dünyanın müxtəlif ölkələrinin mədəniyyətləri, adət-ənənələri, təhsili və milli dəyərləri ilə tanış olmaq, onları bir araya gətirmək olan yarışmada şagirdlər inşa, qrammatika, nitq, xalq rəqsləri, şeir, rəsm, tamaşa, musiqi, dünyagörüşü daxil olmaqla 14 kateqoriyada çıxış edirlər. Azərbaycanı bu olimpiadada təmsil edən 65 məktəbli də xüsusi fəallığı ilə seçilir.
Olimpiada çərçivəsində İstanbul Sərgi Mərkəzində yaradılmış pavilyonlarda iştirakçı ölkələrin mədəniyyət, tarix abidələrinə, turizm obyektlərinə, milli mətbəxlərinə aid eksponatlar nümayiş etdirilmişdir. Sərgidə Türkiyədən sonra ən böyük pavilyonla Azərbaycan təmsil olunmuşdur.
Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı Azərbaycan nümayəndə heyətinin tərkibində iyunun 2-3-də olimpiadanın rəsmi açılışında, sərgidə və Azərbaycan mərasimində iştirak etmişdir.
[:en]Azerbaijan was successfully represented at the 10th International Turkish Language Olympiad (“Turkish Olympiad”) which began on May 30th in Istanbul and will continue until June 14th in a number of different cities. 1500 schoolchildren from 135 countries attended the Olympiad. The main goal of the competition is to create awareness and appreciation for the Turkish language, as well as to become familiar with cultures, traditions, education, and national values of various countries of the world and to bring them together. Students competed in 14 categories such as essays, grammar, speech, folk dances, poetry, painting, theater, music, and worldview. The 65 students representing Azerbaijan in the Olympiad stood out for their exceptional performance. Within the Olympiad, the cultures, historical monuments, tourism facilities, and exhibits relating to the national cuisine of the participating countries were demonstrated at the pavilions around Istanbul Exhibition Center.
The founder of Khazar University and chairman of its Board of Directors and Trustees, Professor Hamlet Isaxanli, participated in the official opening of the Olympiad, as well as at the exhibition and in a ceremony for Azerbaijan as part of the Azerbaijani delegation.
[:]