Boğaziçi Universitetinin nümayəndələrinin Xəzər Universitetinə səfəri

2026/10/27

İstanbulun Boğaziçi Universitetinin Qərb Dilləri və Ədəbiyyatları kafedrasının müdiri, Prof. Ayşe Naz Bulamur və kafedranın dosenti (Assistant Professor) Prof. Çiğdem Buğdaycının 2026-cı il 21–23 oktyabr aralığında Xəzər Universitetinə səfəri uğurla başa çatıb.
Səfər çərçivəsində keçirilən görüşlər və elmi seminarlar Xəzər Universiteti İngilis dili və ədəbiyyatı departamentinin akademik fəaliyyətinin zənginləşdirilməsi, beynəlxalq elmi əlaqələrinin möhkəmləndirilməsi və yeni əməkdaşlıq imkanlarının inkişafı baxımından böyük əhəmiyyət daşıyır. Məhsuldar keçən səfər departamentin elmi və akademik mühitinə mühüm töhfə verib.

Səfərin ilk günü – oktyabrın 21-də Boğaziçi Universitetinin nümayəndələri ilə Xəzər Universiteti rəhbər heyətinin görüşü olub. Görüş zamanı akademik əməkdaşlığın perspektivləri, elmi təcrübə mübadiləsi və gələcək birgə fəaliyyət istiqamətləri ətrafında geniş və məhsuldar fikir mübadiləsi aparılıb. Müzakirələr universitetlər arasında əlaqələrin gücləndirilməsi və İngilis dili və ədəbiyyatı departamentinin beynəlxalq akademik əməkdaşlıq imkanlarının genişləndirilməsi baxımından səmərəli olub.

Oktyabrın 22-də qonaqların və tələbələrin iştirakı ilə “Müharibədən sonrakı Britaniya ədəbiyyatında sinif və gender” (Class and Gender in British Postwar Literature) və “Ədəbiyyatda İstanbul hekayələri” (Tales of Istanbul in Literature) mövzularında elmi seminarlar təşkil olunub. Tədbiri  Xəzər Universitetinin Humanitar və sosial elmlər fakültəsinin dekanı Dr. Milana Abbasova açıb.

Seminarlar iştirakçılara müasir ədəbiyyatşünaslığın aktual məsələlərini müzakirə etmək, yeni elmi yanaşmalarla tanış olmaq və akademik təcrübələrini bölüşmək imkanı yaradır. Tədbirlərin sonunda Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri Prof. Akad. Hamlet İsaxanlı çıxış edərək, tədbirin elmi və akademik əhəmiyyətinə dair fikirlərini bölüşüb.

Seminarlar İngilis dili və ədəbiyyatı departamentində elmi diskussiyaların genişlənməsinə, tələbə və müəllimlərin biliklərinin zənginləşməsinə, eləcə də ədəbiyyatın müxtəlif aspektlərinə dair yeni perspektivlərin formalaşmasına mühüm töhfə verir.

Səfərin sonuncu günü – oktyabrın 23-də qonaqlar Bakı Ekspo Mərkəzində keçirilən XII Bakı Beynəlxalq Kitab Sərgisində Prof.Akad. Hamlet İsaxanlının “İki mədəniyyət: Elm və Sənət” təqdimatında iştirak ediblər. Tədbir qonaqlara elm, sənət və mədəniyyət arasındakı əlaqələrlə daha yaxından tanış olmaq, eləcə də Azərbaycanın elmi və mədəni mühiti haqqında təsəvvürlərini genişləndirmək imkanı yaradıb.

Boğaziçi Universitetinin nümayəndələrinin Xəzər Universitetinə səfəri İngilis dili və ədəbiyyatı departamentinin beynəlxalq əlaqələrinin inkişafı, elmi fəaliyyətinin zənginləşdirilməsi və akademik əməkdaşlıq imkanlarının genişləndirilməsi baxımından əhəmiyyətli hadisədir.

Ümumilikdə, səfər Xəzər Universitetinin akademik inkişafına, beynəlxalq elmi əməkdaşlığının gücləndirilməsinə və universitetlərarası əlaqələrin möhkəmləndirilməsinə mühüm töhfə verib.

khazar.org