2024-cü il aprelin 27-də Sumqayıt “Dünya” məktəbi, Xəzər Universiteti, Sumqayıt Dövlət Universiteti və GİKM-in Abşeron-Xızı regional nümayəndəliyinin birgə əməkdaşlığı ilə Sumqayıtda Heydər Əliyev Mərkəzində “Gənclər Gələcəkdir” adlı tədbir keçirilib.
Tədbirdə “Müasir gənclər və milli-mənəvi dəyərlərimiz”, “Təhsilin dünyaya açdığı pəncərə”, “Beynəlxalq təhsilin Azərbaycan məktəblərinə təsiri”, “Dissiplin – zəfərin ilk pilləsi”, “Yeni dövrün bacarıqları və şagird profili”, “Xaricdə təhsil imkanları”, “Sahibkarlıqda öz yolunu açmaq”, “Yumşaq bacarıqların inkişaf etdirilməsinin vacibliyi” və “Gənclik və karyera hazırlığı: Uğura gedən yol” mövzularında məruzələr dinlənilib.
Xəzər Universiteti və “Dünya” məktəbinin təsisçisi, Xəzər Universiteti Direktorlar və Qəyyumlar Şurasının sədri Prof.Akad. Hamlet İsaxanlı, “Dünya” məktəblərinin baş direktoru Aygün İsayeva, “Dünya” IB Məktəbinin direktoru Rəna Həsənova, Sumqayıt Dövlət Universitetinin rektoru Rüfət Əzizov və “Dünya” məktəbinin məzunları öz məruzələrində təhsil sahəsində müasir dövrün tələbləri haqqında fikir və mülahizələrini bildiriblər. Sumqayıt “Dünya” məktəbinin direktoru Çiçək Qaracayevanın rəhbərliyi və şagirdlərinin iştirakı ilə yeniyetmələr və gənclərə həsr olunmuş film tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Tədbirdə rəsmi qonaqlar kimi Milli Məclisin deputatı Müşfiq Məmmədli, Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini Teymur Səmədov, Gənclərin İnkişaf və Karyera Mərkəzinin baş direktoru Azər Əliyev, Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhər təşkilatının sədri Mətanət Məhərrəmova, həmçinin Asan xidmət 1, Asan xidmət 2, Neftçala rayon təhsil sektoru, Bakı və Sumqayıt şəhərlərində fəaliyyət göstərən məktəb rəhbərləri və şagirdlər, Sumqayıt Dövlət Universiteti, Sumqayıt Dövlət Kolleci, Bakı Mühəndislik Universiteti, Qızıl Aypara Cəmiyyəti əməkdaşları və digər qonaqlar iştirak ediblər.
Saytlar tədbir haqqında xəbər yayımlayıb:
https://moderator.az/az/cemiyyet/764904/gencler-gelecekdir-adli-tedbir-kecirildi-fotolar/
https://sumqayitxeber.com/sumqayitda-gencler-gelecekdir-adli-tedbir-kecirilib/ və s.