2024-cü il martın 19-da Xəzər Universitetində ənənəvi Novruz şənliyi keçirildi. Universitet kollektivi və tələbələrin iştirak etdiyi tədbirdə Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri Prof.Akad. Hamlet İsaxanlı təbrik nitqi söylədi, bayram münasibətilə arzularını bildirdi, universitet kollektivinə və tələbə heyətinə yeni uğurlar arzuladı.
Xəzər Universitetinin rektoru, Dos. İradə Xəlilova bayram tonqalını yandırdı və Novruz şənliyi başladı. Universitetin vokal müəllimi Məhsəti Cabbarova mahnılar ifa etdi. Tələbələr böyük çoşqu ilə rəqs etdilər, əyləndilər və növbəti Novruz şənliyi də xoş əhval-ruhiyyə ilə başa çatdı.