2024-cü il fevralın 24-də Xəzər Universitetinin İctimai əlaqələr və media üzrə direktoru Əlövsət Əmirbəylini Kahramanmaraş İstiklal Üniversitetində prorektor Prof. Seçil Fettahoğlu, prorektor Prof. Burcu Erşahan, baş katib Cemil Toktay, rektorun müşaviri Mustafa Tuncer Okumuş, Beynəlxalq ofisin rəhbəri Emrah Peksoy, müəllim Həmran Əmirli və digər şəxslər qəbul ediblər.
Ə.Əmirbəyli Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri Prof. Akad.Hamlet İsaxanlının və rector Doc. İradə Xəlilovanın salamlarını çatdırıb. Görüşdə hər iki universitet arasında ikitərəfli əlaqələr müzakirə olunub. Xəzər Universitetinin rektoru tərəfindən imzalanmış müqavilə Kahramanmaraş İstiklal Üniversitetinin prorektoru, Prof. Seçil Fettahoğlu tərəfindən imzalanıb və tərəflərə təqdim edilib.