Riyaziyyat departamentinin professorlarının birgə məqaləsi “International Journal of Geometric Methods in Modern Physics” jurnalında
Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri, Riyaziyyat departamentinin professoru, akademik Hamlet İsaxanlının və eyni departamentin professoru Biləndər Allahverdiyevin “Titchmarsh-Weyl theory for impulsive q-Dirac equation” (“İmpulsiv q-Dirak tənliyi üçün Titçmarş-Veyl nəzəriyyəsi”) adlı birgə məqaləsi “International Journal of Geometric Methods in Modern Physics” jurnalında (2024, Cild 21, № 2) dərc edilmişdur. Qeyd edək ki, “International Journal of Geometric Methods in Modern Physics” jurnalı “Web of Science” və “Scopus” verilənlər bazalarında indeksləşdirilib.
Bu məqalədə impulsiv q-Dirak tənliyi üçün Titçmarş-Veyl nəzəriyyəsi tədqiq edilir.
Məqaləyə keçid:
https://www.worldscientific.com/doi/10.1142/S021988782450049X
https://www.worldscientific.com/worldscinet/ijgmmp