“Taclı xanım”
Seriyanın (redaktoru Hamlet İsaxanlı) “Taclı xanım” adlı 9-cu kitabı Xəzər Universitetinin nəşriyyatında çapdan çıxmışdır. Kitabın müəllifi Şahin Fazil və Hamlet İsaxanlıdır.
Kitab “Taclı xanım kimdir” başlıqlı bölümlə başlayır və əsərin qəhrəmanı haqqında qısa ensiklopedik məlumat verilir. Sonrakı bölümlərdə – “Şah İsmayılın Taclı xanımla evlənməsi”, “Çaldıran döyüşü”, “Çaldıran döyüşü və qadınlar”, “Çaldıran döyüşü və Taclı xanım” və “Taclı xanım Şah Təhmasib dövründə” adlı bölümlərdə qəhrəmanın həyatı dolğun qələmə alınır və Səfəvilər dövlətinin siyasi həyatında Taclı xanımın mühüm rol oynaması faktlarla oxucuların nəzərinə çatdırılır.
“Xülasə”də qeyd olunur ki, Ağqoyunlu və Qaraqoyunlularda olduğu kimi Səfəvilərdə də qadınlar həyatda və dövlət işlərində, diplomatiya və savaşda kişilərlə yanaşı olmuşlar. Onlardan biri də Taclı xanımdır.
Kitabdakı rəsm işinin bir qismini Xəzər Universitetinin Memarlıq və dizayn departamentinin müəllimləri Nigar Əliyeva, İskəndər Məmmədov və Həsənağa Həsənov yerinə yetirmişlər.