2023-cü il martın 28-də Şövkət Məmmədova adına Opera Studiyasında əməkdar artist, bəstəkar Elza Seyidcahanın mahnılarından ibarət konsert oldu. Konsertdə Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor, akademik Hamlet İsaxanlı iştirak etdi və sözlərinə bəstələnmiş “Bakı” mahnısı Rasimə Seyidcahanın ifasında Xəzər Universiteti Kamera orkestrinin (bədii rəhbər universitetin Musiqi və incəsənət departamentinin müdiri, əməkdar müəllim, pianoçu Zülfiyyə Sadıqova) müşayiəti ilə səsləndi.
Konsertdə Elza Seyidcahanın Bəxtiyar Vahabzadənin sözlərinə bəstələdiyi “Azərbaycan-Türkiyə” mahnısı da Xəzər Universitetinin vokal müəllimi Məhsəti Cabbarova tərəfindən Kamera orkestrinin müşayiəti ilə ifa olundu.