2022-ci il dekabrın 9-da Azərbaycan Milli Konservatoriyasında görkəmli bəstəkar, Üzeyir Hacıbəylinin Ev Muzeyinin direktoru, Xalq artisti Sərdar Fərəcovun 65 illik yubileyinə həsr olunmuş konsert keçirilib. Tədbirdə Azərbaycan Respublikası mədəniyyət naziri Anar Kərimov, Milli konservatoriyanın rektoru professor Siyavuş Kərimi, Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor, akademik Hamlet İsaxanlı və musiqi ictimaiyyətinin nümayəndələri iştirak edib.

Tədbirin birinci hissəsində natiqlər çıxışlarında Sərdar Fərəcovun həyat və yaradıcılığı barədə danışaraq, yubileyi münasibətilə onu təbrik etmişlər. Hamlet İsaxanlı öz çıxışında Sərdar Fərəcovun Xəzər Universiteti ilə əməkdaşlığından, həmçinin özü ilə bəstəkar arasındakı yaradıcılıq işindən bəhs etmişdir.

Tədbirin ikinci hissəsi Sərdar Fərəcovun musiqisindən ibarət konsertlə başa çatmışdır.

khazar.org