Rusdilli xəbər portalı Sputnik Азербйджана 2022-ci il noyabrın 4-də Zülfiyyə Quluyevanın müəllifliyi ilə “Azərbaycanda ali təhsil müəssisələrinin akkreditasiyası – nə və necə qiymətləndiriləcək?” sorğusuna ekspertlərin cavablarından ibarət məqalə dərc etmişdir.
Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor, akademik Hamlet İsaxanlı sorğunu cavablandıraraq, ali təhsil müəssisələrinin akkreditasiyasının xarici ölkələrdə XIX əsrin 70-ci illərindən bəri tətbiq edildiyini və Azərbaycanda da artıq həyata keçirildiyini, yeni akkreditasiyaların da normal hal olduğunu qeyd etmiş, digər mülahizələrini də bildirmişdir.
https://az.sputniknews.ru/20221104/akkreditatsiya-vuzov-v-azerbaydzhane–chto-i-kak-budet-otsenivatsya-448241622.html