2022-ci il noyabrın 3-də Orta Doğu Texniki Universiteti ilə Xəzər Universiteti arasında görüş keçirilmişdir.
Görüşdə Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor, akademik Hamlet İsaxanlı, universitetin rektoru dosent İradə Xəlilova, Tədris işləri üzrə prorektor professor Məhəmməd Nuriyev, İdarəetmə və tələbə işləri üzrə prorektor İsaxan İsaxanlı, İctimai əlaqələr və media üzrə direktor Əlövsət Əmirbəyli, Təbiət elmləri, sənət və texnologiya yüksək təhsil fakültəsinin dekanı Səidə Şərifova, Humanitar, təhsil və sosial elmlər fakültəsinin dekanı Elza Səmədova, İqtisadiyyat və menecment fakültəsinin dekanı Ceyhun Məmmədov, Təbiət elmləri və mühəndislik fakültəsinin dekanı Fəxrəndə Əlimərdanova, Beynəlxalq əlaqələr ofisinin koordinatoru Fatimə Vəliyeva, Orta Doğu Texniki Universitetindən isə rektor Prof. Dr. Mustafa Verşan Kök və Rektor yardımcısı Prof.Dr. Mehmet T.Zeyrek iştirak etmişlər.
Humanitar, təhsil və sosial elmlər fakültəsinin dekanı Elza Səmədova tərəfindən qonaqlara Xəzər Universiteti və fəaliyyəti haqqında geniş məlumat verilmişdir.
Görüşdə ikitərəfli əlaqələrin möhkəmləndirilməsinə dair müqavilə imzalanmış və təhsil müəssisələri arasında tərəfdaşlıq və akademik əlaqələrin gücləndirilməsi istiqamətində müzakirələr aparılmışdır.
İmzalanma mərasiminin sonunda tərəflər arasında hədiyyə mübadiləsi olmuşdur.
Qeyd edək ki, Orta Doğu Texniki Universiteti 1956-cı ildə Ankarada fəaliyyətə başlamışdır.