2022-ci il mayın 25-də Xəzər Universitetinin Mərkəz kampusunda (Bəşir Səfəroğlu küçəsi, 122) “Elm və Sənət Məclisi”nin “Çin: mədəniyyət və kimlik” mövzusunda 74-cü məşğələsi keçirildi. Məşğələni giriş sözü ilə Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının Sədri professor, akademik Hamlet İsaxanlı açaraq məruzəçi, Pekin Xarici Dillər Universitetinin Azərbaycan dili kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru Aqşin Əliyev, onun Çin Xalq Respublikasinda apardığı elmi fəaliyyət haqqında geniş məlumat verdi.

Aqşin Əliyev Çin mədəniyyəti və onun bu günkü kimliyi haqqında maraqlı məruzə ilə çıxış etdi. Sonra məruzə ətrafında müzakirələr başlandı. Məruzə ətrafında H.İsaxanlı, İradə Xəlilova, Əlövsət Əmirbəyli, Telman Nüsrətoğlu (Xəzər Universiteti), akademik Şahin Mustafayev, tarix elmləri doktoru Solmaz Tohidi (AMEA-nın Şərqşünaslıq İnstitutu), Şahin Fazil (AMEA-nın Tarix İnstitutu) və digərləri çıxış etdilər.

İstanbul Aydın Universitetinin təsisçisi, İdarə Heyətinin başqanı Mustafa Aydın məşğələnin qonağı idi.

Sonda çay süfrəsi ətrafında elmi söhbətlər davam etdirildi.

khazar.org