2022-ci il mayın 2-də Xəzər Universitetinin yeməkxanasında yataqxana sakinləri üçün Ramazan bayram süfrəsi təşkil olundu. Bayram süfrəsində yataqxanada yaşayan 70-dən artıq yerli və əcnəbi tələbələr iştirak etdilər.
İctimai əlaqələr və media üzrə direktor Əlövsət Əmirbəyli bayram süfrəsinə toplaşanları universitetin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri, professor, akademik Hamlet İsaxanlı və universitet rəhbərliyi adından bayram münasibətələ təbrik etdi. Beynəlxalq əlaqələr üzrə prorektor Vlad Vernygor Müqəddəs Ramazan bayramı və onun məramı haqqında əcnəbi tələbələrə məlumat verdi.
Bayram süfrəsi xoş əhval ruhiyyə ilə başa çatdı. Tələbələr bayram süfrəsinə görə universitetin təsisçisinə, rəhbərliyinə və əməkdaşlara təşəkkürlərini bildirdilər.