2022-ci il aprelin 26-da Xəzər Universitetinin Mərkəz kampusunda ənənəvi “Elm və Sənət Məclisi”nin “Dünya və Azərbaycan: su ehtiyatları və dayanıqlı istifadə problemləri” mövzusunda 73-cü məşğələsi keçirildi.
Tədbiri giriş sözü ilə Xəzər Universitəsinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının Sədri, professor, akademik Hamlet İsaxanlı açaraq, dünyada və Azərbaycanda bu gün suyun rolundan danışdı. Bu mövzu ilə əlaqədar məruzə üçün sözü Xəzər Universitetinin Coğrafiya və ətraf mühit departamentinin müdiri Dr. Rövşən Abbasova verdi.
R.Abbasov elmi araşdırmalara əsaslanan geniş məruzə ilə çıxış etdi. Məruzə ətrafında müzakirələrdə Hamlet İsaxanlı, İradə Xəlilova, İnqilab Əhmədov (Xəzər Universiteti), Məxluqə Hüseynova (BDU), Əlövsət Quliyev (AMEA-nın müxbir üzvü), Qorxmaz İbrahimli (QHT), Rza Mahmudov (AMEA), Vasif Yəhyayev (AZƏRSU), Asim Səmədov( Meliorasiya İdarəsi) və digərləri çıxış etdilər. Çay süfrəsi ətrafında elmi söhbətlər davam etdirildi.