2022-ci il aprelin 21-də Direktorlar və Qəyyumlar Şurasının görüş otağında Xəzər Universitetinin yeni təyin olunmuş Türkiyə Təmsilçisinin təqdim olunması ilə bağlı tədbir keçirilmişdir.

Tədbiri Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor, akademik Hamlet İsaxanlı giriş sözü ilə açdıqdan sonra universitetin rektoru dosent İradə Xəlilova yeni təyin olunmuş Türkiyə Təmsilçisi Abdullah Çalışır`ın həyatı və akademik karyerası barədə məlumat vermişdir. Abdullah Çalışır çıxışında ona həvalə edilən bu vəzifəyə görə universitet rəhbərliyinə təşəkkürünü və etimadı doğruldacağını bildirmişdir.

İdarəetmə və tələbə işləri üzrə prorektor İsaxan İsaxanlı, İctimai əlaqələr və media üzrə direktor Əlövsət Əmirbəyli və İnkişaf Mərkəzinin rəhbəri Raziyə İsayeva təmsilçiyə yeni işində uğurlar arzulamış və ona təmsilçi vəsiqəsi təqdim olunmuşdur.

khazar.org