2021-ci il sentyabrın 27-də Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı Əlcəzair Demokratik Xalq Respublikasının Fövqəladə və Səlahiyyətli səfiri Salima Abdelhak ilə görüşmüş, Azərbaycan-Əlcəzair elmi-mədəni əlaqələrinin inkişafı barədə ətraflı söhbət aparmışdır.

Səfir Xəzər Universiteti və “Dünya” məktəbi ilə yaxın tanış olmaq arzusunu bildirmişdir. Söhbətin sonunda qarşılıqlı əlaqələrin gücləndirilməsi qərarı alınmışdır.

khazar.org