***
Hörmətli Hamlet müəllim!
Biz, Xəzər Universitetinin xarici tələbələri, 3 aprel 2021-ci il tarixində vəfat etmiş Nailə xanım İsayevanın ailəsinə, dostlarına səmimi başsağlığı diləklərimizi çatdırırıq.
Nailəxanım İsayevanın vəfatı hər birimizi dərindən sarsıtdı və yalnız “Dünya” məktəbi və Xəzər Universiteti üçün deyil, həm də təhsil sahəsi üçün böyük bir itki oldu.
Onun ideyaları və qlobal strateji əlaqələr qurmaq kimi fikirləri təlqin etməsi “Dünya” məktəbində görkəmli bir pedaqoq və təhsil təşkilatçısının yenilikçi düşüncələrinin bariz nümunəsi idi.
Xəzər Universitetinin xarici tələbələri olaraq kədərinizi bölüşür və Nailə xanım İsayeva ilə görüşlərdən həmişə qürur hissi duyduğumuzu bildiririk.
Uca Allah ona cənnət qismət eləsin!
Xəzər Universitetinin xarici tələbələri
***
Royan İnstitutu
Dr. Vahid Asgari
Tehran
İran İslam Respublikası
Hörmətli Professor Hamlet İsaxanlı!
Biz sizin sevimli həyat yoldaşınızın vəfatına görə dərin kədər içindəyik. Sizə baş verən ağır itki bizi dərindən sarsıtdı. Royan İnstitutu, Royan Təhsil Müavini və Royan “Stem Cell” Texnologiya Şirkəti və bütün həmkarlarım adından sizə və ailənizə dərin hüznlə başsağlığı verirəm. Ruhu şad olsun!
Bunu əminliklə deyə bilərəm ki, hətta ölüm belə sevdiklərimizi bizdən ayırmağa qadir deyil. Onlar bizim hər bir qərarımızın, atacağımız addımın və düşüncələrimizin bir parçası olmağa davam edirlər. Onların sevgisi xatirəmizdə silinməz iz buraxır.
Həyat yoldaşınızın vəfatı ilə bağlı ən dərin hisslərimizi qəbul etməyinizi xahiş edir və sizə səbr diləyirik. Sizi sevən insanların duası qəlbinizə təsəlli olsun!
***
İsveç Azərbaycan Aydınları Ocağı
Azərbaycan xalqı dəyərli aydınını itirmişdir. Görkəmli pedaqoq Nailə İsayeva vəfat etmişdir. Nailə xanım Xəzər Universiteti nəzdindəki Dünya məktəbinin həmtəsisçisi, direktoru (2000-2010-cu illərdə), İdarə heyətinin sədri, Xəzər Universiteti Direktorlar və Qəyyumlar Şurasının müşaviri (2010-cu ildən başlayaraq) və mahnı bəstəçisi idi.
Hörmətli riyaziyyatçı alim, həmkarım Hamlet İsaxanlı! Sizə və ailənizə üz vermiş itkidən dolayı biz və yaxınlarımız da üzülərək, Nailə xanıma Allahdan rəhmət, sizə səbr diləyirik!
Nailə xanımın işıqlı xatirəsinə sayğılarla,
Səadət Kərimi
***
Borçalı Cəmiyyəti
Xəzər Universitetinin qurucusu professor Hamlet İsaxanlının həyat yoldaşı Nailəxanım İsayeva vəfat etmişdir. Ailəmiz adından, Borçalı cəmiyyətinin rəhbərliyi adından kədərləndiyimizi bildirir, Hamlet müəllimə və əzizlərinə dərin hüznlə başsağlığı verir, Allahdan səbr diləyirik.
Nailəxanıma Allah rəhmət eləsin, ruhu şad, məkanı cənnət olsun.
Zəlimxan Məmmədli
Oktay İsayev
***
Azerbaycan onur Kurulu üyemiz ve kıymetli büyüğümüz, Hazar Üniversitesi’nin kurucusu Sayın Prof. Dr. Hamlet ISAHANLI’nın hayat arkadaşı Nailehanım İSAYEVA hanımefendinin vefatını büyük bir teessürle öğrenmiş bulunuyoruz.
Merhumeye Tanrıdan rahmet, Hamlet hocamıza ve Hazar Üniversitesine başsağlığı dileriz.
Mustafa Latif Emek
İKSAD adına
***
DOSENT MUSTAFA AYDIN
PREZİDENT
İdarə Heyəti üzvümüz və dəyərli dostum Prof. Dr. Hamlet İsaxanlının sevimli həyat yoldaşı Nailəxanım İsayevanın vəfatı bizi dərindən sarsıtdı.
“EURAS” İdarə Heyəti və üzvləri adından Xəzər Universitetinə, həmkarlarına, dostlarına və ilk növbədə Nailəxanım İsayevanın ailəsinə və həyat yoldaşı Prof. Dr. Hamlet İsaxanlıya başsağlığı verib, səbr diləyirik.
Bakıdakı görüşümüz zamanı “EURAS” İdarə Heyəti üzvləri ilə xoş münasibətini və xüsusən də qonaqpərvərliyini heç vaxt unutmarıq.
Nailəxanımı Xəzər Universitetindəki fədakar əməyinə və illər ərzində dəstək verdiyi ali təhsildəki səmərəli fəaliyyətinə görə daima xatırlayacağıq.
Allah rəhmət eləsin!
***
Şərq-Qərb Tədris Universiteti
Gürcüstan
Şərq-Qərb Tədris Universiteti dərin təəssüflə bildirir ki, 2021-ci il aprelin 3-də görkəmli pedaqoq və təhsil təşkilatçısı, Xəzər Universitetinin təsisçisi professor Hamlet İsaxanlının həyat yoldaşı Nailəxanım İsayeva vəfat etmişdir.
Nailəxanım İsayevanın xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.
Cənab Hamlet İsaxanlıya və ailəsinə dərin hüznlə başsağlığı veririk.