2020-ci il mayın 20-də Xəzər Universitetinin yataqxanasında yaşayan əcnəbi və yerli tələbələr üçün koronavirus pandemiyası ilə əlaqədar “Evdə qal” kampaniyası çərçivəsində Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlının təşəbbüsü və universitet rəhbərliyinin dəstəyi ilə yemək süfrəsi açılmışdır. Pandemiya ilə əlaqədar yataqxanada yaşayan tələbələr uzun müddətdir ailələrindən uzaqda qalmağa məcbur olmuşlar. Orada yaşayan çoxsaylı əcnəbi tələbələrin (İraq, İran, Misir, Pakistan, Türkiyə, İndoneziya, Zimbabve və digər ölkələrdən gələnlər) ümumi yaşayışını nəzərə alaraq, bu təşəbbüs həyata keçirilmişdir.
Yeməkdə yataqxana müdiri Araz Xəlilov, universitetin Xarici Əlaqələr Şöbəsinin assistenti İncə Əliyeva və digərləri iştirak etmişlər. Tələbələr onlara göstərilən diqqət və qayğıya görə universitet rəhbərliyinə təşəkkürlərini bildirmişlər.