2020-ci il mayın 8-də publika.az saytı ölkənin bir neçə universitetinin rəhbər işçilərinə müraciət edərək, koronavirus pandemiyası ilə əlaqədar distant təhsil və onlayn tədris prosesinin gedişi haqqında onların fikirlərindən ibarət yazı dərc etmişdir. Yazıda Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlının mülahizələrinə geniş yer verilmişdir.
Azedu.az saytı da publika.az-a istinadla həmin yazını dərc etmişdir.
Geniş məlumat aşağıdakı linklərdə:
https://publika.az/news/elmvetehsil/313308.html
https://azedu.az/az/news/29066-distant-tehsil-qiyabi-tehsilalanlarin-sayini-artira-biler-sorgu