2020-ci il aprelin 26-da Tehrandan Mustafa Elm və Texnologiya Fondu (Mustafa Science and Technology Foundation) Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı ilə geniş TV-videomüsahibə apardı.

Jurnalist Maede Zinati koronavirusun dünyaya yayıldığı bu ağır zamanda professorun necə yaşaması, nə düşünməsi və nə işlə məşğul olması ilə maraqlanandan sonra ona “Xəzər Universitetində, Azərbaycanda və dünyada nələr baş verir, elm adamları, universitetlər nə edirlər, nə etməlidirlər, bu sahədə bölgə və beynəlxalq aləmdə əməkdaşlıq necə qurulmalıdır, bu vəziyyət yaxın gələcəkdə qarşıya hansı vəzifələr qoyur, sabaha necə baxırıq, nə arzu edirsiniz” kimi suallarla müraciət etdi. Professor Hamlet İsaxanlı bu və digər məsələlər haqqında danışdı, vəziyyəti təhlil etdi, İran İslam Respublikası və Azərbaycan Respublikası arasındakı cari əməkdaşlıqdan və əməkdaşlıq perspektivindən söhbət açdı, nikbin olmağın vacibliyini vurğuladı.

khazar.org