2020-ci il martın 11-də zerkalo.az xəbər portalı koronavirus epidemiyası ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin təhsildə fasilə haqqında qərarı ilə əlaqədar ekspert və ali məktəb rəhbərlərinin fikrini öyrənmişdir.

Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı zerkalo.az-ın sorğusunu cavablandıraraq, təhsildə fasilə verilməsinin tələbələrin sağlamlığı baxımından düzgün qərar olduğunu söyləmişdir. Professor bununla əlaqədar Xəzər Universitetində distant tədrisin tətbiq edildiyini bildirmiş, lakin ümumiyyətlə bu təhsil formasının vasitəsilə keyfiyyətli təhsilə nail olmağın mümkün olmadığını qeyd etmişdir.

Məqaləni zerkalo.az-a istinadla aqreqator.az saytı da dərc etmişdir. Tam mətnlər aşağıdakı linklərdə:

https://zerkalo.az/derzhat-distantsiyu-podstegnet-li-koronavirus-razvitie-udalennogo-prepodavaniya-v-vuzah/

http://aqreqator.az/ru/obshestva/622479

 

khazar.org