2020-ci il martın 3-də Xəzər Universitetində ERASMUS+ Azərbaycanın Ali Təhsil Müəssisələrində Tədris və Təlimin Təkmilləşdirilməsi (PETRA -573630-EPP-1-2016-1-ES-EPPKA2-CBHE-JP) layihəsinin idarəetmə iclası keçirildi. Görüş Qazi Universiteti (Türkiyə), Bakı Slavyan Universiteti, Sumqayıt Dövlət Universiteti, Gəncə Dövlət Universiteti və Xəzər Universitetinin nümayəndələrinin iştirakı ilə baş tutdu.

Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı, universitetin rektoru dosent İradə Xəlilova, Xəzər Universitetinin İctimaiyyətlə əlaqələr və media üzrə direktoru Əlövsət Əmirbəyli, PETRA layihəsinin qrup üzvləri, Milli ERASMUS+ ofisinin rəhbər cənab Pərviz Bağırov və onun komandasının üzvləri də bu layihə iclasında iştirak etdilər.

İştirakçılar, layihənin uğurunu və dərhal həll edilməsi lazım olan bəzi inzibati məsələləri müzakirə etdilər. PETRA komandası bu ay ərzində gözləyən inzibati məsələlərin hamısını tamamlamağa qərar verdi. Komanda, həmçinin, layihənin davamlılığı planını müzakirə etdi, Xəzər Universiteti üzvləri tərəfindən həyata keçirilməsi üçün nəzərdə tutulan bir sıra ilkin planlar və təkliflər irəli sürüldü.

khazar.org