2019-cu il dekabrın 17-də Xəzər Universitetinin Mərmər salonunda “5-ci Avrasiya Elmi Araşdırmalar və müasir tədqiqatlar” konqresi işə başladı.

Konqresi giriş sözü ilə İKSAD-ın başqanı Mustafa Latif Emek açdı. O, çıxışında konfransın elm qurumuna 400-dən artıq məqalənin daxil olduğunu, 165 elmi məqalənin gündəliyə salındığını və konqresdə dünyanın müxtəlif ölkələrindən: Türkiyə, Azərbaycan, Rusiya, Pakistan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Efiopiya və digər ölkələrdən nümayəndələrin qatıldığını bildirdi. Açılışda Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı , Xəzər Universitetinin rektoru dosent İradə Xəlilova, İslamabad Müasir Milli Dillər Universitetinin nümayəndəsi Muntazir Mehdi, Azərbaycan Dövlət Pedaqoji Universitetinin dekanı professor Mahirə Hüseynova çıxış etdilər.

İKSAD-ın başqanı Mustafa Latif Emek Xəzər Universitetinin təsisçisi professor Hamlet İsaxanlıya, universitetin rektoru dosent İradə Xəlilovaya və İctimai Əlaqələr və Media üzrə Direktor Əlövsət Əmirbəyliyə təşəkkür plaketləri təqdim etdi. Açılışda Xəzər Universitetinin Kamera orkestri və rəqs kollektivinin ifaları alqışlarla qarşılandı. Konqres iki gün öz işini davam etdirəcək.

khazar.org