2019-cu il oktyabrın 11-də Daşkənd şəhərindəki Sinqapur Menecment İnkişaf İnstitutunun nümayəndələri Xəzər Universitetini ziyarət etdilər. Heyət üzvləri rektor Dr. Casur Salihov, Beynəlxalq Təhsil İdarəetmə və Tədqiqat İdarəsinin baş meneceri, Dildora A.İshanxodjaeva və Beynəlxalq Təhsil İdarəetmə və Tədqiqat İdarəsinin baş menecerinin köməkçisi Viktoriya Kulik idi. Xəzər Universiteti Beynəlxalq əlaqələr ofisinin koordinatoru Abutab Abbasova və qonaq Viktoriya Kulik təmsil etdikləri təhsil müəssisələri haqqında təqdimat etdikdən sonra tərəfdaşlıq imkanları müzakirə edildi.
Xəzər Universitetini universitetin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı, rektor dosent İradə Xəlilova, prorektor Məhəmməd Nuriyev, İnkişaf Mərkəzinin direktoru Raziyə İsayeva, Keyfiyyətin Təminatı Mərkəzinin direktoru Lyudmila Sotova, İqtisadiyyat və menecment fakültəsinin dekanı Ceyhun Məmmədov və Beynəlxalq əlaqələr ofisinin koordinatoru Abutab Abbasova təmsil edirdilər.
Görüşün sonunda universitetlər arasında Anlaşma Memorandumu imzalandı.