2019-cu il mayın 24-də Xəzər Universitetinin Mərmər salonunda Ümumdünya Vahid Sağlamlıq Gününə həsr olunmuş beynəlxalq konfrans işə başladı. Konfransda universitetin rəhbərliyi, əməkdaşları və tələbələr, Azərbaycan, Türkiyə, Gürcüstan, Qazaxıstan, ABŞ, Almaniya, Macarıstan, İsveçrə, Banqladeş və Pakistandan mütəxəssis və tədqiqatçılar iştirak edirlər.
Konfransı Xəzər Universitetinin rektoru dosent İradə Xəlilova açaraq, iştirakçıları salamladı və konfransın hazırlanması və keçirilməsi haqqında məlumat verdi.
Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı çıxış edərək, konfransın əhəmiyyətindən danışdı, işinə uğurlar arzuladı.
Konfrans sabah işini başa çatdıracaq.