2019-cu il fevral 10-da “labex TransferS” və Xəzər Universitetinin birgə təşkilatçılığı ilə keçirilmiş “Qafqazda görüşlər və qarşılıqlı təsirlər. Mədəniyyətlərarası əlaqələrin uzunmüddətli tarixi” adlı beynəlxalq konfrans materiallarından ibarət irihəcmli toplu – “A long-term history of Cross-cultural Transfer in the Caucasus” ingilis dilində Xəzər Universitetinin Nəşriyyatında çapdan çıxdı. Konfrans 2017-ci il noyabrın 7-dən 9-dək Xəzər Universitetində baş tutmuşdu.

Qafqaz mədəniyyətləri tez-tez kimliklər, xalqlar və dillərin müqayisəsi kimi görülür. Dillərin və xalqların öz ənənələrinə əsaslanan mozaikasına uyğun olaraq, Qafqaz ərazisinə həm də uzunmüddətli tarixdə qarşılıqlı təsirlərin və yeni formaların yaradılması kontekstində yanaşmaq mümkündür.

Topluda Azərbaycan, Fransa, Gürcüstan, Rusiya, Dağıstan və İnquşetiyanın 20 görkəmli alim, aparıcı mütəxəssis və tədqiqatçılarının məruzələrinin tezisləri yer almışdır.

Topluya konfransın təşkilatçıları, o cümlədən kitabın redaktorları –Hamlet İsaxanlı (Xəzər Universiteti), Şahin Mustafayev (AMEA Şərqşünaslıq İnstitutu və Michel Espagne (Parisdə Elmi Araşdırmalar üzrə Milli Mərkəz) kitaba ingilis dilində ön söz yazmışlar.

Toplunun bu yaxınlarda fransız dilində nəşri də planlaşdırılır.

khazar.org