“Ədəbiyyat qəzeti”nin 19 yanvar 2019-cu il tarixli nömrəsində və edebiyyatqazeti.az saytında AMEA-nın müxbir üzvü Tehran Əlişanoğlunun “Bakıdan Dubnaya, Xəzərdən Volqaya: Elm və Sənət dekadası” adlı geniş məqaləsinin birinci hissəsi çap olunub. Məqalə 2018-ci il noyabrın 14-24-də Bakıda, Şamaxı Astrofizika Rəsədxanasında və Rusiya Federasiyası Moskva vilayətinin Dubna şəhərində “Fizika və lirika: dünya təcrübəsi və MDB ölkələrində elm və ədəbiyyatın reallığı” mövzusunda keçirilimiş beynəlxalq elmi seminarın Bakı və Şamaxı Astrofizika Rəsədxanasına aid hissəsinin ətraflı icmalından ibarətdir.
Məqalədə Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlının seminarda iştirakından və “Riyaziyyatın poeziyası və və poeziyanın riyaziyyatı” mövzusunda məruzə etməsindən də bəhs olunur.
Məqaləni bu linkdə oxumaq olar:
http://edebiyyatqazeti.az/news/edebi-tenqid/3050-bakidan-dubnaya-xezerden-volqaya-elm-ve-senet-dekadasi.