[:az]2018-ci il oktyabrın 26-da Xəzər Universitetinin “Neftçilər” kampusunda Fulbright qonaq tədqiqatçıları üçün qarşılama mərasimi təşkil edildi. Tədbirin məqsədi Fulbright qonaq tədqiqatçılarını Xəzər Universitetinin heyətinə təqdim etmək idi.
Hazırda payız semestrində Şərqi Kentuki Ştatının Təhsil Kollecinin keçmiş professoru Dr. Qaisar Sultana Xəzər Universitetinin qonaq tədqiqatçısıdır. Dr. Qaisar Sultana xüsusi təhsil sahəsində böyük təcrübəyə malikdir. Proqram çərçivəsində o, müxtəlif fənlərdən dərs deməklə yanaşı, Xəzər Universitetinin İnkişaf Mərkəzində təlimçi kimi də fəaliyyət göstərir.
Tədbirdə, eyni zamanda, Dr. Nadeem Fazal və Dr. Nabil Al-Tikriti də iştirak etdilər. Azərbaycan Tibb Universitetində tədqiqat aparan Dr. Nadeem Fazal, eyni zamanda, Xəzər Universitetinin doktorantları üçün akademik məqalə və tədqiqat sahəsində seminarlar da aparır. Mary Washington Universitetinin dosenti Dr. Nabil Al-Tikriti isə payız semestrini Bakı Dövlət Universitetində keçirəcək.
Tədbirdə qonaq tədqiqatçılar qısa nitq söylədilər. Musiqi və incəsənət departamentinin müdiri Zülfiyyə Sadıqova pianoda konsert proqramı ilə çıxış etdi. Qonaqlar üçün çay süfrəsi açıldı.
Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı da tədbirdə iştirak edirdi.
ABŞ Dövlət Departamentinin Təhsil və Mədəniyyət İşləri Bürosunun proqramı olan Fulbright təqaüd proqramı, ABŞ-ın Bakıdakı səfirliyi tərəfindən idarə olunur.
http://www.khazar.org/az/news/article/3576
[:en]On October 26, 2018, a Welcome Event for Fulbright visiting scholars was organized at Khazar University’s Neftchiler Campus.
The goal of the event was to welcome the recipients of the Fulbright Visiting Scholar Fellowship to the academic community of Khazar University.
This current fall semester Khazar University hosts Dr. Qaisar Sultana, Professor Emeritus at the College of Education of the Eastern Kentucky University. Dr. Sultana possesses vast experience in education, in particular, special education. Within her program at Khazar University, she teaches several courses in education and is also actively involved with the University’s Development Center as a trainer and facilitator.
Participants of the event also included Dr. Nadeem Fazal and Dr. Nabil Al-Tikriti. Dr. Nadeem Fazal who conducts research at the State Medical University also provides effective academic writing and research workshops and seminars to PhD students of Khazar University. Dr. Nabil Al-Tikriti, Associate Professor of History at the University of Mary Washington, will spend fall semester at Baku State University.
The welcome event included short speeches by visiting professors, musical performance by the head of the Department of Music and Fine Arts Ms. Zulfiyya Sadigova (piano) as well as networking over tea and sweets. Founder of Khazar University, Chairman of its Board of Directors and Trustees Professor Hamlet Isakhanli also participated in the welcome event.
Fulbright Visiting Scholar, a program of the Bureau of Educational and Cultural Affairs of the U.S. Department of State, is administered by the U.S. Embassy in Baku.