[:az]2018-ci il sentyabrın 19-da Xəzər Universitetinin Mərmər salonunda Xəzər Universiteti, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Fəlsəfə İnstitutu və Qafqaz Platron Cəmiyyətinin təşkilatçılığı ilə “Platon və müasir fəlsəfə” mövzusunda seminar keçirildi. Seminarda AMEA və Xəzər Universitetinin rəhbərliyi, AMEA Fəlsəfə İnstitutunun rəhbərliyi və əməkdaşları, ölkənin əksər ali məktəblərinin alim və mütəxəssisləri, Xəzər Universitetinin əməkdaşları iştirak edirdilər.
Seminarı Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı açaraq, iştirakçıları və qonaqları salamladı. AMEA-nıın vitse-prezidenti akademik İsa Həbibbəyli, Yunanıstanın Azərbaycandakı fəvqəladə və səlahiyyətli səfiri Nikolaos Kanellos giriş nitqi söyləyərək, tədbirin əhəmiyyəti və aktuallığını qeyd etdilər.
Sonra seminar məruzələrin dinlənilməsi ilə işini davam etdirdi. Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri, riyaziyyat üzrə elmlər doktoru professor Hamlet İsaxanlı “Platonda riyaziyyat və poeziyanın vəhdəti”, AMEA Fəlsəfə İnstitutunun direktoru, fəlsəfə üzrə elmlər doktoru İlham Məmmədzadə “Platon və müasir fəlsəfənin əsas istiqamətləri”, AMEA Fəlsəfə İnstitutunun Azərbaycan fəlsəfə tarixi şöbəsinin baş elmi işçisi, fəlsəfə üzrə elmlər doktoru, professor Zümrüd Quluzadə “Mədəniyyət tarixində vəhdət və kəsrətin əlaqəsi probleminin qoyuluşu (Platon, neoplatonizm, Q.Kantor və L.Zadə)”, AMEA Fəlsəfə İnstitutunun Müasir fəlsəfə problemləri şöbəsinin müdiri, fəlsəfə üzrə elmlər doktoru, professor Əli Abasov “Platon: tarix və müasirlik”, AMEA Fəlsəfə İnstitutunun Estetika şöbəsinin müdiri, fəlsəfə üzrə elmlər doktoru Adil Əsədov “Platon və Aristotel: zadəgan və təbəə əksliyi” və AMEA Fəlsəfə İnstitutunun İdrak nəzəriyyəsi və elmin fəlsəfəsi şöbəsinin müdiri, fəlsəfə üzrə elmlər doktoru Füzuli Qurbanov “Platon və müasirlik: təfəkkür hadisəsi kimi qarşılıqlı əlaqələr” mövzularında məruzə etdilər.
Sonda Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı seminarın işini yekunlaşdıraraq, iştirakçılara və məruzəçilərə təşəkkürünü bildirdi.
http://www.khazar.org/az/news/article/3444
[:en]On September 19, 2018, a seminar “Plato and modern philosophy” was held in Marble hall of Khazar University on an organizational support of Khazar University, the Institute of Philosophy, ANAS, and Caucasus Plato Society. Administrations of ANAS and Khazar University, as well as administration and associates of the Institute of Philosophy, ANAS, scholars and experts of the most higher education institutions, and associates of Khazar University, participated in the seminar.
Prof. Hamlet Isakhanli, Founder of Khazar University and Chairman of its Board of Directors and Trustees, delivered an opening speech and greeted the participants and guests. Academician Isa Habibbayli, Deputy President of ANAS, and Nikolaos Kanellos, Ambassador Extraordinary and Plenipotentiary of Greece to Azerbaijan, delivered speeches and underlined the importance of the event.
Then the reports were delivered by the speakers in the following order: “The unity of Mathematics and Poetry in Plato” by Prof. Hamlet Isakhanli, Founder of Khazar University and Chairman of its Board of Directors and Trustees, D.Sc. in Math; “Main trends of modern philosophy and Plato” by Ilham Mammadov, Director of the Institute of Philosophy, ANAS, D.Sc.in Philosophy; “The relation between unity and abundance in the history of culture” by Zumrud Guluzadeh, chief expert of the Department of History of Philosophy, the Institute of Philosophy (Plato, Neoplatonism, G.Kantor and L.Zadeh); “Plato: History and Modernism” by Prof. Ali Abbasov, Head of the Department of Problems of Modern Philosophy, Director of the Institute of Philosophy, ANAS, PhD in Philosophy; “Plato and Aristotle: the contradiction of the nobleman and the subject” by Adil Asadov, Head of the Department of Aesthetics of the Institute of Philosophy, ANAS, PhD in Philosophy; “Plato and modernity: mutual relations as a phenomenon of thought” – Fuzuli Gurbanov, D.Sc. in Philosophy, Head of the Department of Theory of Cognition and the Philosophy of Science.
At the end, Prof. Hamlet Isakhanli, Founder of Khazar University and Chairman of its Board of Directors and Trustees, delivered a closing speech and thanked the participants and speakers.