[:az]2018-ci il aprelin 6-da Xəzər Universitetinin Psixologiya departamenti və Xəzər Psixoloji Xidmət Mərkəzinin təşkilatçılığı ilə Psixologiya departamentinin rəhbəri Ülkər İsayeva tələbələrlə “Təşkilat mədəniyyətini necə gücləndirməli?” adlı mövzuda görüş keçirdi. Ülkər İsayeva seminarda təşkilatçılıq mədəniyyətinin bir çox psixoloji və sosial məqamlarına toxunaraq qərb ölkələrində istifadə edilən təşkilat metodlarının Azərbaycanda tətbiqinə aid maraqlı nümunələr üzərində durdu.

Tədbir iştirakçıların böyük marağına səbəb oldu. Onu da qeyd etmək lazımdır ki, Ülkər İsayeva hazırda Turkiyənin Koç Universitetinin sosial və təşkilat psixologiya ixtisası üzrə PhD təhsilini davam etdirir.

http://www.khazar.org/az/news/article/3099

 [:en]On April 6, 2018, Ulkar Isayeva, head of Department of Psychology, held a workshop on “How to reinforce organizational culture?”, with the support of the Department of Psychology and Khazar Psychological Service Centre. Ulkar Isayeva talked about psychological and social aspects of organizational culture and referred to cases in which the experience of Western countries is applied in Azerbaijan.

Participants highly appreciated the workshop. Currently, Ulkar Isayeva is a Ph.D. student in Social and Organizational Psychology at Koç University, Turkey.

http://www.khazar.org/en/news/article/3099

[:]