[:az]Aprelin 7-8-də Xəzər Universitetinin Psixologiya departamentinin və Xəzər Psixoloji Xidmət Mərkəzinin təşkilatçılığı ilə universitetin Mərmər salonunda Azərbaycan V Beynəlxalq Psixologiya Konfransı keçirildi. Konfransda universitetin rəhbərliyi və əməkdaşları, Türkiyə və ABŞ-dan dəvət olunmuş mütəxəssislər və yerli mütəxəssislər iştirak edirdilər.

Konfransdan əvvəl iştirakçılara Xəzər Universiteti Kamera orkestrinin ifasında qısa musiqi proqramı təqdim olundu.

Xəzər Universitetinin rektoru Dr. Hassan Niknafs konfransı açaraq, xarici mütəxəssisləri və iştirakçıları salamladı, hər il keçirilən konfransın həm yeni biliklərlə zənginləşmək, həm də təcrübə toplamaq baxımından böyük əhəmiyyətindən danışdı.

Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı çıxış edərək, universitetdə belə beynəlxalq elmi tədbirlərin ənənəvi olaraq mütəmadi keçirildiyini diqqətə çatdırdı, Xəzər Psixoloji Xidmət Mərkəzinin fəaliyyətindən bəhs etdi.

Konfransda Türkiyə TED Universitetindən professor Nilüfer Voltan Acarın “İnteqrativ konsultasiya modeli-Şərq ölkələri üçün psixoloji konsultasiyanın aparılma qaydaları”, Hasan Kalyoncu Universitetindən professor Mehmet Hakan Türkçaparın “Psixoterapiyada elmi yanaşma, depressiyada davranış aktivlik müalicəsi”, Hacettepe Universitetindən professor Ebru Cengel Kültürün “Məktəbəqədər yaş dövründə uşaqlarda ruhi sağlamlığın qiymətləndirilməsi meyarları, autizmin ilkin diaqnostikasının aparılma qaydaları”, İstanbul Cerrahpaşa Xəstəxanasının psixiatrı Doc. Dr. Ejder Akgün Yıldırımın “Psixodrama və onun müxtəlif tətbiq şəkilləri”, Amerikanın George Mason Universitetindən professor Frederick Bemakın “Qaçqınlıq və məcburi köçkünlüyün psixoloji təsirləri”, Wisconsin La-Crosse Universitetindən isə professor Robert Jecklinin “İctimai sağlamlıq və psixologiya” mövzularında məruzələri dinlənilərək, psixologiyanın müxtəlif sahələrinə aid müzakirələr aparıldı, suallar cavablandırıldı və qrup psixoloji terapiyasından müxtəlif nümunələr göstərildi.

Konfrans iştirakçıları psixologiya sahəsində yeni biliklər əldə etməklə yanaşı, təcrübələrini də artırdılar.

Konfransın sonunda qonaq professorlara plaketlər, iştirakçılara isə sertifikatlar təqdim edildi.

Konfrans iştirakçıları Fəxri Xiyabanda Ulu Öndər Heydər Əliyevin, Şəhidlər Xiyabanında şəhidlərin xatirəsini yad etdilər.

Tədbirin sonunda xarici qonaqlar üçün ziyafət təşkil olundu.

Konfransın gedişi AzTV kanalında və ölkə xəbər portallarında işıqlandırılmışdır:

http://www.islahat.az/azerbaycan-v-beynelxalq-psixologiya-konfransi-bas-tutdu/

http://frame.az/az%C9%99rbaycan-v-beyn%C9%99lxalq-psixologiya-konfransi-bas-tutdu/

[:en]On April 7-8, 2018, Azerbaijan V International Psychology Conference was held on the initiative of the Department of Psychology, Khazar University and Khazar Psychological Service Centre. Khazar University administration and staff members, national experts as well as American and Turkish experts took part in the conference. Before the conference, Khazar University Camera Orchestra performed a concert program.

Hassan Niknafs, Rector of Khazar University, opened the conference and greeted the participants. The Rector mentioned that the conference, which is held every year, is of great importance in terms of gaining new knowledge and experience.

Prof. Hamlet Isakhanli, the founder of Khazar University and Chairman of its Board of Directors and Trustees, delivered a speech emphasizing traditional international events held at Khazar University and talked about the activity of Khazar Psychological Service Centre.

International experts delivered presentations on the following topics:

Prof. Nilufer Voltan Acar, TED University, – “Interactive consultancy model – methods of psychological consultancy in the Eastern countries”, Mehmet Hakan Turkchapar, Hasan Kalyoncu University, – “Scientific approach in psychotherapy, treatment for behavioral activity in depression”, Prof. Ebru Jengel Kultur, Hacettepe University, – “Criteria for assessment of mental health of children with preschool age, methods for early diagnosis of autism”, Doc.Dr.Ejder Akgun, Psychiatrist of Istanbul Cerrahpaşa Hospital, – “Psychodrama and its application through various methods”, Prof. Frederick Bemak, George Mason University, – “Psychological effects of refugee life and forced displacement”, Robert Jecklin, University of Wisconsin–La Crosse, – “Public health and psychology”. Moreover, the presenters and participants had discussions on the topics and experts demonstrated various examples of group psychotherapy.

Conference participants gained new knowledge and expanded their experience. At the end of the conference, guest professors and participants were presented with plaques and certificates, respectively. Conference participants also visited Heydar Aliyev’s, the nationwide leader, grave in the Alley of Honor and Martyrs Alley.

A reception was held in honour of conference participants.

The media and AzTV channel covered the conference:

http://www.islahat.az/azerbaycan-v-beynelxalq-psixologiya-konfransi-bas-tutdu/

http://frame.az/az%C9%99rbaycan-v-beyn%C9%99lxalq-psixologiya-konfransi-bas-tutdu/

Dr. [:]