[:az]2018-ci il martın 9-da Xəzər Universiteti Məzunlar Assosiasiyası və universitetin Məzunlarla İş Mərkəzinin birgə təşkilatçılığı ilə “Xəzər Universitetinin Dostları Fondu”nun təsis yığıncağı keçirildi. Məzunlarla İş Mərkəzinin müdiri Baba Bayramlı təsis olunacaq fondun məqsəd və vəzifələri, hüquqları və fəaliyyət istiqamətləri barədə yığıncaq iştirakçılarına məlumat verdi. Fondun Nizamnaməsi müzakirə olunaraq təsdiq edildi. İştirakçılar açıq səsvermə yolu ilə fondun nəzarət orqanı olan Himayəçilər Şurasının üzvlərini seçdilər. BP neft şirkətinin Avropa üzrə Strategiya və İnkişaf direktoru Xalıq Dadaşov Himayəçilər Şurasının sədri, ADA Universiteti Rektor aparatının rəhbəri Şəfəq Mehrəliyeva şuranın sədr müavini və Xəzər Universiteti Jurnalistika departamentinin koordinatoru Cabir Məmmədli şuranın katibi seçildilər. Himayəçilər Şurası üzvlərinin yekdil qərarı ilə Kapital Bankın Baş Ofisinin aparıcı eksperti Ramal Əhmədov fondun prezidenti, Xəzər Universitetinin İnkişaf Mərkəzinin direktoru Raziyə İsayeva fondun vitse-prezidenti seçildilər.

Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı yığıncaqda çıxış edərək, “Xəzər Universitetinin Dostları Fondu”nun yaradılmasının mühüm bir hadisə olduğunu bildirdi və fondun fəaliyyətində uğurlar arzuladı.

[:en]On March 9, 2018, foundation meeting of “Khazar University Friends Fund” was held on the organizational support of Khazar Alumni Association and Center for Alumni Relations. Baba Bayramli, Director of the Center for Alumni Relations, informed participants about objectives and duties as well as rights and spheres of activities of the Fund to be established. Participants discussed and approved the Charter of the Fund. Participants elected members of the Board of Trustees, the supervisory body of the fund, through open voting. Khalig Dadashov, Director for Strategy and Development on Europe, BP company, Shafag Mehraliyeva, Head of Rector Office of ADA University, and Jabir Mammadli, Coordinator of Department of Journalism, were elected Chairman, Vice-Chairman and Secretary of the Council, respectively. Ramal Ahmadov, Leading Expert of Head Office of Kapital Bank, and Raziya Isayeva, Center for Development of Khazar University, were respectively elected President and Vice-president of the Fund by unanimous decision of members of the council.

Professor Hamlet Isakhanli, the founder of Khazar University and Chairman of its Board of Directors and Trustees, delivered a speech at the meeting stressing the importance of “Khazar University Friends Fund”, and wished the Fund success.

[:]