[:az]2018-ci il martın 13-də Şəki Dövlət Dram teatrında Şəki Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlının həyat və yaradıcılığına həsr edilmiş “Bu dünyaya nə gətirdim” adlı ədəbi-bədii gecə keçirildi. Gecəyə dəvət olunan qonaqlar əvvəlcə foyedə nümayiş etdirilən foto-sərgi ilə tanış oldular. Musiqi və incəsənət departamentinin müdiri Zülfiyyə Sadıqovanın rəhbərlik etdiyi Xəzər Universitetinin Kamera Orkestrinin, respublikanın xalq artistləri Azər Zeynalov, Alim Qasımov, əməkdar artistlər Elza Seyidcahan, Fərid Əliyev, Fərqanə Qasımova və Rasimə Seyidcahanın ifasında Hamlet İsaxanlının sözlərinə bəstələnmiş mahnılar ifa olundu. Xəzər Universitetinin nəzdində fəaliyyət göstərən “Dünya” məktəbinin müəllimlərinin səsləndirdiyi şeirləri salondakılar alqışlarla qarşıladılar.
Tədbirin sonunda professor Hamlet İsaxanlı sürəkli alqışlar altında səhnəyə dəvət edildi. H.İsaxanlı çıxış edərək, yüksək səviyyədə təşkil olunan tədbirə görə Şəki Şəhər İcra Hakimiyyətinin rəhbərliyinə, Şəki şəhər ictimaiyyətinə və tədbirin həyata keçirilməsində zəhməti olan hər kəsə dərin təşəkkürünü bildirdi. O, Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubova Xəzər Universiteti adından hədiyyə təqdim etdi. Sonra Şəki Şəhər İcra Hakimiyyətinin başçısı E.Usubov Professor İsaxanlının həyat və yaradıcılığına həsr edilmiş maraqlı gecəyə görə şəxsən Hamlet İsaxanlıya, Xəzər Universitetinin kollektivinə dərin təşəkkürünü bildirdi, öz adından və şəhər administrasiyası adından Hamlet İsaxanlıya hədiyyələrini təqdim etdi.
Tədbirdən sonra Xəzər Universiteti tərəfindən Şəkidəki restoranlardan birində ziyafət verildi.
http://www.khazar.org/en/news/article/3041
[:en]Literary night “What have I brought to this world?” dedicated to Professor Hamlet Isakhanli’s, the founder of Khazar University and Chairman of its Board of Directors and Trustees, life and career, was organized by Sheki State Drama Theater, with the support of Sheki city Executive Power, on March 13, 2018. Firstly, guests had a look at a photo-exhibition in the foyer of the theater. Also, Khazar University Chamber Orchestra guided by Zulfiyya Sadigova, Head of Department of Music and Fine Arts; Azer Zeynalov, Alim Gasimov – People’s Artists; and Elza Seyidjahan, Farid Aliyev, Fargana Gasimova and Rasima Seyidjahan – Honored Artists, performed pieces of music with lyrics by Hamlet Isakhanli. Poems recited by teachers of “Dunya” school, affiliated with Khazar University, were welcomed by the audience with applause.
At the end of the ceremony, Hamlet Isakhanli took the floor under rapturous applause. H.Isakhanli delivered a speech and expressed his gratitude to Sheki city Executive Power, Sheki city community, and organizers for the ceremony of high-level quality. He also presented gifts to
Elkhan Usubov, Head of Sheki city Executive Power, on behalf of Khazar University. Then Elkhan Usubov thanked Prof. Hamlet Isakhanli and Khazar University staff for the ceremony and presented a gift to Hamlet Isakhanli on behalf of Sheki city Executive Power.
After the ceremony, Khazar University organized feast in one of the restaurants in Sheki.
http://www.khazar.org/en/news/article/3041