Fevralın 2-də Xəzər Universitetinin Mərmər salonunda dünyada tanınan alim, qeyri-səlis məntiq nəzəriyyəsi, süni intellekt üzrə ən güclü mütəxəssislərdən biri olan professor Rafiq Əliyevin qərarqəbuletmə nəzəriyyəsi ilə bağlı ABŞ-da çapdan çıxmış növbəti kitabının təqdimat mərasimi keçirildi.

Sayca professorun 75-ci elmi monoqrafiyası olan “Uncertain computation based decision theory” (“Qeyri müəyyən hesablamalar əsasında qərar qəbuletmə nəzəriyyəsi”) adlı kitab dünyanın məşhur elmi nəşriyyatlarından biri olan “World Scientific” nəşriyyatında işıq üzü görüb. Qeyd edək ki, adı çəkilən nəşriyyat yalnız dünya standartlarına cavab verən elmi nəşrlərin çapında maraqlıdır. Həmyerlimizin bu kitabı da ABŞ-dan tutmuş dünyanın bir çox yerlərində qərar qəbuletmə ilə məşğul olan mütəxəssislərə dərs vəsaiti kimi tədris ediləcək.

Tədbiri giriş nitqi ilə Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı açaraq, alimin böyük elmi uğurlarından danışdı.

Mərasimdə şair Ramiz Rövşən, özbəkistanlı alim akademik Nadırbek Sadiqbekov, jurnalist, publisist Qulu Məhərrəmli, Durham Universitetinin (Böyük Britaniya) tələbəsi, professor Rafiq Əliyevin nəvəsi – Rafiq Rəşad oğlu Əliyev çıxış edərək, alimin çoxşaxəli elmi fəaliyyətinin müxtəlif cəhətlərindən bəhs etdilər. Professor Rafiq Əliyev çıxışında kitabın yazılma tarixçəsindən danışdı, təqdimat mərasiminin təşkilinə görə universitetin rəhbərliyinə və iştirakçılara təşəkkürünü bildirdi.

Mərasimdə Xəzər Universitetinin Kamera orkestrinin ifasında musiqi nömrələri səsləndi, Rafiq Əliyevin həyat və fəaliyyətindən bəhs edən qısametrajlı film nümunələri nümayiş etdirildi.

http://www.khazar.org/az/news/article/2877

Presentation ceremony of the book on decision-making theory by a prominent scientist Rafig Aliyev, one of the greatest experts on fuzzy logic and artificial intelligence, which was published in the USA, was held in Marble Hall of Khazar University, on February 2, 2018.

“Uncertain computation based decision theory”, which is the 75th monograph by the professor, was published by “World Scientific”, one of the famous scientific publishers. “World Scientific” is interested in publishing researchers meeting world standards. The book by our compatriot will be used as a textbook in several countries including the USA.

Prof. Hamlet Isakhanli, the founder of Khazar University and Chairman of its Board of Directors and Trustees, delivered an opening speech talking about great achievements of the scientist.

Ramiz Rovshan, a poet, Nadirbek Sadigbekov, Uzbek scientist academic, Gulu Maharramli, a journalist, and publicist, and Rafig Rashad Aliyev, Prof. Rafig Aliyev’s grandson who is studying at Durham University (Great Britain), delivered speeches underlining various aspects of scientific activities of the professor.

In his speech, Rafig Aliyev talked about the background of the book and expressed his gratitude to the university administration for the presentation ceremony.

At the ceremony, Chamber Orchestra of Khazar University performed pieces of music, and a short film about the life and scientific activities of the professor was demonstrated.

http://www.khazar.org/en/news/article/2877