Xəzər Universitetinin Elmi işlər üzrə prorektoru, dosent İradə Xəlilova və universitetin Magistratura, doktrantura və elmi işlər bölməsinin müdiri Dr. Eldar Şahgəldiyev “Azərbaycanda doktorantura təhsilinin Avropa ali təhsil tələblərinə uyğun yenidən qurulması və inkişafı – NİZAMİ” layihəsi ilə bağlı növbəti görüşdə iştirak etdilər. Yanvarın 29-31-də Azərbaycan Dövlət İqtisad Universitetində təşkil olunmuş görüşdə ali təhsil müəssisələrində doktorantura səviyyəsinin standartlarının yaradılması və inkişaf etdirilməsi məsələləri müzakirə olunmuşdur.
Dosent İradə Xəlilova “Kommunikasiya –Azərbaycanın tərəfdaş təşkilatları tərəfindən həyata keçirilən işlərin nəticələri” və Dr. Eldar Şahgəldiyev “Professionallaşma – Azərbaycanın tərəfdaş təşkilatları tərəfindən həyata keçirilən işlərin nəticələri” barəsində təqdimatlarla çıxış etmiş və iştirakçıların çoxsaylı suallarını cavablandırmışlar.
http://www.khazar.org/az/news/article/2880
On January 29-31, Khazar University Vice-rector on Research, Dr. Irada Khalilova and the head of the Division of Graduate Studies and Research, Dr. Eldar Shahgaldiyev participated in the next meeting on “Restructuring and Development of Doctoral Studies in Azerbaijan in line with the Requirements of the European Higher Education Area” within NIZAMI project. The meeting participants discussed the establishment and development of doctoral degree standards in higher education institutions.
The presentations on “Communication-The results of the work carried out by Azerbaijani partner organizations” by Dr. Irada Khalilova and “Professionalization-The results of the work carried out by Azerbaijani partner organizations” by Dr. Eldar Shahgaldiyev were welcomed by the participants. After presentations, our colleagues answered the participants’ questions.
http://www.khazar.org/en/news/article/2880