2017-ci il dekabrın 16-da Xəzər Universiteti Psixologiya departamenti və Xəzər Psixoloji Xidmət Mərkəzinin təşkilatçılığı ilə universitetdə “Övladıma necə yanaşım? Mütəxəssis və valideynlərə dəstək” adlı seminar baş tutdu. Seminarı Xəzər Universitetinin Psixologiya departamentinin müəllimi psixoloq Kəmalə Əliyeva apardı. Seminarda uşaqlarla düzgün ünsiyyət qurma yolları və problemli davranışların aradan qaldırılma üsulları, ailə modellərinin uşaq şəxsiyyətinin inkişafına təsiri, bəzi ailə modellərin uşaqlarda ortaya çıxardığı psixoloji problemlər, uşaqlarda özünə inamın inkişafı üçün nələrə diqqət edilməsi mövzusu müzakirə edildi. Seminarda Xəzər Psixoloji Xidmət Mərkəzinin direktoru psixoloq Mələk Kərimova da cəmiyyətin bu mövzuda maarifləndirilməsinin zəruri olduğunu qeyd edərək, Kəmalə Əliyeva ilə bərabər, iştirakçıların suallarını cavablandırdı.

http://www.khazar.org/az/news/article/2747 There was a seminar “How should I approach my child? Support for experts and parents” on December 16, 2017, with the organizational support by the Department of Psychology of Khazar University and Khazar Psychological Service Centre. The seminar was run by Kamala Aliyeva, a lecturer of the Department of Psychology of Khazar University. During the seminar, the participants discussed various topics such as proper interaction with children, methods for eliminating problematic behaviors, impact of family environment on child personality, psychological problems arising from family types and methods for improving self-confidence of children. Malak Karimova, Director of Khazar Psychological Service Centre, stressed that parents should be educated in parenting, and together with Kamala Aliyeva, answered questions of the participants.

http://www.khazar.org/en/news/article/2747