Dekabrın 16-da Xəzər Universitetində hüquqşünas tələbələrin və məzunların konfransı keçirildi.
Beynəlxalq Vəkillər Assosiasiyasının, Xəzər Universitetinin Hüquq Tədris Mərkəzinin və müstəqil hüquqşünas Lalə Darçınovanın təşkilatçılığı ilə keçirilən konfransda tələbələr, peşəkar hüquqşünaslar, Azərbaycan Vəkillər Kollegiyasının üzvləri, Beynəlxalq Vəkillər Assosiasiyasının nümayəndələri və Böyük Britaniyanın London şəhərində yerləşən “Doughty Chambers”in vəkil üzvləri iştirak edirdilər.
Tədbiri Lalə Darçınova açaraq qeyd etdi ki, konfransın məqsədi gənc hüquqşünaslarla praktiki hüquqşünasları bir araya gətirərək, hüquq peşəsindəki mövcud problemlərdən, çətinliklərdən danışmaq və gənc hüquqşünasların düzgün ixtisaslaşmasına kömək etmək, onları gələcək peşə seçimində düzgün qərar verməkdə istiqamətləndirməkdir.
Konfransda Beynəlxalq Vəkillər Assosiasiyasının hüquqşünası Jurate Guzeviciute (London), müstəqil hüquqşünas Könül Qasımova, Marmara Universitetinin (Türkiyə) hüquq ixtisası üzrə magistr tələbəsi Elnur Kərimov və İtaliyanın Roma Universitetinin hüquq ixtisası üzrə magistr tələbəsi Nərmin Əbilova çıxış etdilər.
Konfrans müzakirələrlə davam edərək, işini başa çatdırdı.
http://www.khazar.org/az/news/article/2748
A conference of law students and law alumni was held at Khazar University on December 16, 2017.
The conference was organised by Lala Darchinova, an independent lawyer, a member of International Lawyers Association and Law Teaching Center of Khazar University.
Students, professional lawyers, members of the Azerbaijan Bar Association, representatives of the International Association of Lawyers and members of the “Doughty Chambers” in London, UK, participated in the conference.
Lala Darchinova mentioned, opening the conference, that the aim of the conference was to discuss challenges of law profession by bringing young lawyers and practical lawyers together, and help young lawyers choose the right professional qualification in the future.
Jurate Guzeviciute, a lawyer of International Association of Lawyers (London), an independent lawyer Konul Gasimova, Elnur Karimova, Master’s student in Law at Marmara University, Narmin Abilova, Master’s student in Law at University of Rome talked at the conference. The conference ended with further discussions.