Potensial məktəb direktorlarının növbəti kursunu bitirənlərə sertifikat təqdim olundu Potensial məktəb direktorlarının növbəti kursunu bitirənlərə sertifikat təqdim olundu
2017-ci il sentyabrın 19-da Xəzər Universitetinin Mərmər
zalında universitetin layihəsi olan Potensial məktəb direktorlarına məktəbin
idarə edilməsi üzrə təlimin növbəti –
may-iyul aylarında keçirilmiş kursunu
bitirən 23 məzuna sertifikatların təqdim olunması mərasimi keçirildi. Qeyd edək ki, bu
təlim kursu cari tədris ilində də
işini davam etdirəcəkdir.
Təlimin əsas məqsədi
ölkədəki yeni təhsil strategiyasına və təhsil islahatına uyğun olaraq rəhbər
işdə fəaliyyət göstərmək istəyən təhsil işçilərinin bilik və bacarıqlarını
artırmaq, onları dünyadakı səmərəli idarəetmə
təcrübəsi ilə tanış etməkdir.
Təlimlər zamanı kursun məşğələlərində mühazirələr dinlənilmiş,
iştirakçıların təqdimatları olmuş, müzakirələr aparılmış, söhbətlər
keçirilmişdir.
Qeyd edək ki, indiyə qədər layihə çərçivəsində 468 nəfər
təlimdən keçmiş, onlardan 50 nəfərdən
çoxu (bu rəqəm müntəzəm artır ) direktor və ya direktor
müavini vəzifəsinə təyinat
almışdır.
Mərasimdə Xəzər Universitetinin təsisçisi, Direktorlar
və Qəyyumlar Şurasının sədri professor
Hamlet İsaxanlı geniş çıxış etdi. O, kursun əhəmiyyətindən danışaraq, məzunlara
əldə etdikləri nəzəri və təcrübi bilikləri öz işlərində uğurla tətbiq etmək
üçün tövsiyələrini bildirdi.
Sonra məzunlara sertifikatların təqdim olunması mərasimi başlandı.
Sertifikatları professor Hamlet İsaxanlı, universitetin rektoru Dr. Hassan
Niknafs təqdim etdilər. Xatirə şəkilləri çəkildi.
Sertifikatlarıntəqdimolunması başa çatdıqdansonra çıxış
edənDr. HassanNiknafsməzunları təbriketdi, onlaramühümişlərində uğurlar arzuladı.
Kursu bitirənlər adından Zemfira Məsiyeva çıxış edərək, kursun yüksək
səviyyədə təşkilinə görə Xəzər Universitetinin rəhbərliyinə, layihə rəhbəri – universitetin
İnkişaf mərkəzinin direktoru Raziyə İsayevaya, layihə koordinatoru – Təhsil
fakültəsinin dekanı Elza Səmədovaya və müəllimlərə təşəkkürünü bildirdi.
Mərasim iştirakçılarına Xəzər Universitetinin
Musiqi və incəsənət departamentinin hazırladığı konsert proqramı təqdim olundu.