Hamlet İsaxanlı müsahibə verdi
2017-ci il iyunun 11-də Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı Xeber365.com xəbər saytına müsahibə vermişdir. Söhbət əsasən QS beynəlxalq reytinq təşkilatı dünya üzrə ali təhsil müəssisələrinin 2017-ci il üçün reytinqinin nəticələrinə həsr olunmuşdur.
Qeyd edək ki, reytinq siyahısına görə, Xəzər Universiteti dünya universitetləri arasında 701-750 aralığında yerləşir və Azərbaycan universitetləri arasında isə 1-ci yeri tutur. QS təşkilatı dünyada fəaliyyətdə olan təxminən 26.000 universitet haqqında araşdırma aparmış və Xəzər Universiteti dünyanın 2,7{bfc55336e4ff6222fdefd37e4796b835df7d7e7d448a9434ed0d1257ecb5bff8} seçilmiş aparıcı universitetləri sırasına daxil edilmişdir.
Müsahibəni bu linklər vasitəsilə dinləmək və izləmək olar: