2017-ci il aprelin 3-də Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı “Potensial məktəb direktorlarına məktəbin idarə edilməsi üzrə təlim kursu”nda “Qonaq mühazirəçilər seminarları”nın qonağı oldu. H.İsaxanlı “Təhsildə idarəetmə: Nəzəriyyə və təcrübə” adlı mövzuda seminar keçirdi.

Xəzər Universitetinin quruluşu və idarə edilməsi təcrübəsindən yola çıxılaraq başlanan seminar potensial və mövcud məktəb direktorları üçün həm uğurlu idarəetmə, həm də uğurlu liderlik təcrübəsini özündə əks etdirdi. Seminarda “öyrənmənin və öyrətmənin yaşı olmadığı”, “daima dəyişikliyə açıq və hazır olma”nın əhəmiyyəti vurğulanaraq, təcrübədən irəli gələn “öyrənilmiş bilik” konsepti ətrafinda müzakirələr aparıldı.

Muzakirənin sonunda Professor Hamlet İsaxanlı iştirakçıların suallarını cavablandırdı.

Qeyd edək ki, “Potensial məktəb direktorlarına məktəbin idarə edilməsi üzrə təlim kursu” artıq üç ildir Xəzər Universitetində davam edir.