Xəzər İstirahət Mərkəzinin təməlqoyma mərasimi Groundbreaking Ceremony for Khazar Holiday Centre
2017-ci il yanvarın 24-də Bakının Buzovna qəsəbəsində Xəzər Universiteti İstirahət Mərkəzinin (Xəzər Saray) təməlqoyma mərasimi keçirildi. Mərasimdə Xəzər Universitetinin rəhbərliyi və əməkdaşları, eləcə də tikinti şirkətinin nümayəndələri iştirak etdilər. İştirakçılar istirahət mərkəzinin tikinti layihəsi ilə tanış oldular.
Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet isaxanlı qeyd etdi ki, əsas binası 3 mərtəbədən ibarət olan İstirahət Mərkəzində konfrans zalları və istirahət otaqları ilə yanaşı, idman kompleksi və üzgüçülük hovuzunun da tikilməsi nəzərdə tutulur. Sonra H.İsaxanlı Xəzər İstirahət Mərkəzinin (Xəzər Saray) bünövrəsinin təməl daşını qoydu.
İştirakçılartikintidə iş prosesininbaşlanmasını müşahidə etdilər.
On January 24, 2017, a groundbreaking ceremony for the Khazar Holiday Centre (Khazar Palace) was held in Buzovna settlement of the city of Baku. The ceremony was attended by Khazar University’s administrators and staff members as well as representatives from the construction company.
Information about the new building was shared with the participants of the ceremony. Professor Hamlet Isaxanli, founder of Khazar University and Chairman of its Board of Directors and Trustees, informed, the center will include conference halls and guest rooms as well as sports halls and a swimming pool. Prof. Isaxanli laid a foundation stone of the Khazar Holiday Centre (Khazar Palace), and the participants of the ceremony witnessed the start of the actual construction work.